Qarabağ ilk qələbəsini qazanmaq, yevlaxlılar isə uğurlu seriyanı davam etdirmək istəyir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının III turunun son günündə bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Şamaxıda baş tutacaq.
Elitanın debütantı "Karvan-Yevlax" "Qarabağ"ı qəbul edir. Heç şübhəsiz ki, oyunun favoriti "köhlən atlar"dır. Mövsümə məğlubiyyətlə başlayan ağdamlılar qələbə qazanıb, aktivinə 3 xal yazdırmaq üçün meydana çıxacaq. Yevlaxlılar isə əvvəlki iki turda bir heç-heçə və bir qalibiyyətlə yadda qalıb. "Ağ-qaralar"ın məğlubiyyətsiz seriyanı davam etdirə biləcək? Bu sualın cavabını 90 dəqiqənin tamamında biləcəyik
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, III tur
17:00. "Karvan-Yevlax" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı. Şəhər stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Avqust 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















