Icma.az
close
up
RU
Baş nazir Əli Əsədov Qahirədə xüsusi sessiyada iştirak edib

Baş nazir Əli Əsədov Qahirədə xüsusi sessiyada iştirak edib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərqdəki böhrana həsr olunmuş

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib.

SİA-nın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, sessiyada çıxış edən Ə.Əsədov Yaxın Şərqdə davam edən böhranın dərin narahatlıq doğurduğunu bildirib.

Qeyd edilib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir, zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Fələstinə maddi yardım etmək üçün hər zaman səy göstərib. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.

Qeyd edilib ki, humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır.

“Bu xüsusda, biz bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim”, - deyə Ə.Əsədov bildirib.

Gərginliyin bölgəyə yayılma risklərinin böyük narahatlıq doğurduğunu deyən Baş nazir Azərbaycanın bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırdığını qeyd edib.

O vurğulayıb: “Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir”.

Diqqətə çatdırılıb ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir.

Azərbaycanın bundan sonra da dialoq və barışığı təşviq edən, İsrail-Fələstin münaqişəsinin ədalətli, davamlı həllinə dəstək verən səylərə sadiq qalacağı bildirilib.

Sessiyada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizin Misirdə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri