Icma.az
close
up
RU
Baş nazir QƏRAR İMZALADI

Baş nazir QƏRAR İMZALADI

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda sudan ödənişli istifadə qaydaları yeni redaksiyada təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təsdiqlənən yeni qaydalara əsasən, təbii su mənbələrindən götürülən suya görə ödənişlərin hesablanması, uçotu və tənzimlənməsi mexanizmləri yenilənib. Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, texniki səviyyəsindən, götürülmə və nəqledilmə üsullarından asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılır.
Su obyektlərindən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə götürülən suyun həcminə görə ödənişlər suölçmə cihazlarının göstəricilərinə əsasən hesablanacaq. Sayaç quraşdırılmadığı keçid dövründə isə ödənişlər elektrik enerjisinin aylıq sərfiyyatı, hidroenergetika üzrə istehsal olunan elektrik enerjisinin həcmi və ya qurğuların il ərzində maksimum sugötürmə imkanının müəyyən edilmiş faizləri (sənaye üzrə yerüstü suya 50%, digər məqsədlər və yeraltı sular üzrə 10%) əsasında müəyyən ediləcək. Sudaşıyan avtomobillərlə götürülən suya görə ödənişlər isə tərtib edilən aktlar əsasında aparılacaq.
Təbii su mənbələrindən "Regional Su Meliorasiya" QSC-nin emal edilməmiş su ilə təmin edilməsinə, "Regional Su Meliorasiya" QSC və "İri Şəhərlərin Su Təchizatı" QSC tərəfindən içməli su təchizatına, habelə "Azərenerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadəyə görə ödəniş tutulmayacaq. Həmçinin yanğından mühafizə ehtiyacları və fiziki şəxslərin texniki qurğulardan istifadə etmədən ümumi istifadədə olan su obyektlərindən öz ehtiyacları üçün istifadəsi ödənişsizdir.
Sənaye müəssisələri, kənd təsərrüfatı istehsalçıları və digər su istehlakçıları təchiz edilən xam suyun dəyərini cari ay üçün növbəti ayın 10-dək ödəyəcəklər. Mənbədə su çatışmadığı hallarda "Regional Su Meliorasiya" QSC istehlakçıları 30 təqvim günü əvvəldən xəbərdar etməklə verilən suyun həcmini mütənasib şəkildə azaldacaq.
Sudan İstifadəedənlər Birlikləri (SİB) isə xidmət göstərdiyi ərazilərdə əkin sahələrinə verilən suvarma suyuna görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi yuxarı hədddən çox olmamaqla sərbəst qiymətlər tətbiq edəcək. Su ehtiyatlarının, içməli və xam su təchizatının uçotu məlumatları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən "Elektron su təsərrüfatı" informasiya sisteminə daxil ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri