Icma.az
close
up
RU
Baş nazirin müavini vəzifəsinə qədər yüksələn Xalq yazıçısı Ədəbiyyatımızın unudulmaz Elçini

Baş nazirin müavini vəzifəsinə qədər yüksələn Xalq yazıçısı Ədəbiyyatımızın unudulmaz Elçini

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Xalq yazıçısı, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini, "İstiqlal" ordenli Elçinin həyatı və yaradıcılığı haqqında əsas faktları təqdim edir.


Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri olan Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.

***
Uşaqlıq illərindən etibarən o, ədəbi mühitə daxil olub, kitabların və tanınmış ədiblərin əhatəsində böyüyüb.
***
Elçinin özü belə deyir: "Özümü xatırladığım zamandan yazmağa başlamışam. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…"

***
Orta məktəbi 1960-cı ildə, Bakı Dövlət Universitetinin filologiya fakültəsini isə 1965-ci ildə bitirib.
***


Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını ədəbiyyat nəzəriyyəsi üzrə 1969-cu ildə tamamlayıb, 1970-ci ildə "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
***
Doktorluq dissertasiyasını isə 1997-ci ildə "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda təqdim edib.
***
Elçin elmi və yaradıcılıq fəaliyyətində 1969–1972-ci illər də mühüm mərhələ hesab edilir, o, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayıb, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində çalışıb, həmçinin Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olub.
***
1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi kimi fəaliyyət göstərib.
***


1987-ci ildə Xaricdə yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri vəzifəsini icra edib, 1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
***


1993–2018-ci illərdə isə Azərbaycan Respublikası Baş nazirinin müavini kimi dövlət idarəçiliyində mühüm rolu olub.
***
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
***
Beynəlxalq səviyyədə də tanınan Elçin, 1999-cu ildə Parisdə YUNESKO xətti ilə keçirilən "Dədə Qorqud" simpoziumuna sədrlik edib.
***


1998-ci ildən isə Bakı Dövlət Universitetində professor kimi dərs deyib. O, bir sıra dövlət komissiyalarının sədri və nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvü olub.
***


Xalq yazıçısı 3 avqust 2025-ci ildə vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.
YARADICILIĞI
Elçin ədəbiyyata hekayə yazarı kimi gəlib, 60-cı və 70-ci illərdə bu janrın böyük ustası kimi şöhrət qazanıb. Sonrakı onilliklərdə isə hekayə yaradıcılığı ilə yanaşı povest, roman və dram janrlarında da məhsuldar fəaliyyət göstərib. Bu janrlar onun bədii təfəkküründə bir-birilə rəqabətə girərək yaradıcılıq yolunun mərhələlərini müəyyənləşdirib.
***
İlk hekayəsi "O inanırdı" 16 yaşı olanda, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub.
***
İlk hekayələr kitabı "Min gecədən biri" isə 1966-cı ildə "Azərnəşr" tərəfindən nəşr edilib.
***
1968-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
***
1969–1972-ci illərdə "Açıq pəncərə" və "SOS" adlı povestlər kitabı çap olunub, "Beş qəpiklik motosikl" hekayəsi 1971-ci ildə rus tənqidçisi İqor Zolotuskinin tərcüməsində Moskvanın "Drujba narodov" jurnalında dərc edilib.
***
1973-cü ildə "Gümüşü, narıncı…" adlı hekayələr kitabı "Gənclik" nəşriyyatında çap edilib, eləcə də "Drujba narodov" jurnalı tərəfindən ədəbi tənqidin problemlərindən bəhs edən "Tənqiddə provinsializmə qarşı" adlı məqaləsinə görə "İlin ən yaxşı məqaləsi" mükafatını qazanıb.
***
1974-cü ildə "Bu dünyada qatarlar gedər" hekayələr kitabı, 1977-ci ildə isə "Bir görüşün tarixçəsi" adlı kitab çap olunub.
***
Rus dilində ilk kitabı "Baladadaşın ilk məhəbbəti" 1975-ci ildə Moskvanın "Molodaya qvardiya" nəşriyyatında işıq üzü görüb.
***
1977-ci ildə "Talvar" hekayəsi "Smena" jurnalında "İlin ən yaxşı hekayəsi" mükafatını qazanıb, 1978-ci ildə "Bir görüşün tarixçəsi" povesti "Sovetskaya literatura" jurnalında çex dilində çap olunub.
***

Müasir mövzular ustası kimi tanınan yazıçı 1980-ci illərdə gözlənilmədən tarixə müraciət edir, folklordan bəhrələnərək fəlsəfi-romantik "Mahmud və Məryəm" romanını oxucuların ixtiyarına verir.

***

"Mahmud və Məryəm" romanı ilə Elçin yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları yaranır. "Mahmud və Məryəm" 1982-ci ildə "Azərbaycan" jurnalında, 1983-cü ildə isə kitab şəklində "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Roman, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, "altmışıncılar"ın folklora ideya-estetik münasibətinin klassik nümunəsidir.

***

1984-cü ildə Elçin ikinci romanını – "Ağ dəvə"ni yazıb çap etdirir və bu əsərlə yazıçı orta əsrlərə "səyahət"dən XX əsrə – onun üçün ümumən səciyyəvi olan "məhəllə" mövzusuna qayıdır. 1990-cı ildə "Ağ dəvə" romanı rus dilində Moskvada "Sovetskiy pisatel" nəşriyyatı, 2000-ci ildə Almaniyanın "Dağeyli" və İsveçrənin "Union" nəşriyyatları tərəfindən nəşr edilib.

***

"Ölüm hökmü" (1984–1988) milli müstəqillik ərəfəsində Azərbaycan ədəbi-ictimai təfəkkürünün artıq tarixə çevrilməkdə olan "sovet dövrü"nə analitik siyasi-ideoloji münasibətinin həm kəmiyyət, həm də keyfiyyətcə ən miqyaslı təzahür-reaksiyası, ilk milli siyasi romanıdır. 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında Rusiyanın "Sovremennıy pisatel" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi keçirilib. Roman 2010-cu ildə Moskvada audiokitab şəklində buraxılıb. Audiokitab S. Averkiyevin ümumi rəhbərliyi və A. Solovyevin rejissorluğu ilə məşhur rus artistləri V. Larionov, L. Durov, A. Parra, V. Boçkarev, G. Sayfulin və L. Strijenovanın bədii qiraətində hazırlanıb.

***

2013-cü ildə "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" romanlarının toplanıldığı "Romanlar" adlı kitabı "Aspoliqraf" nəşriyyatında çap olunub.

***

2004-cü ildə Ermənistanın təcavüzü nəticəsində xalqımızın düçar olduğu ağır qaçqınlıq həyatından bəhs edən "Bayraqdar" povesti "Qapp-Poliqraf" nəşriyyatında işıq üzü görüb. Kitaba akademik Nərgiz Paşayevanın "Kədərin yaratdığı əsər (Xalq yazıçısı Elçinin "Bayraqdar" povesti haqqında düşüncələri)", "Qaçqınlar" silsiləsindən: "Qarabağ şikəstəsi" (Fransız ətri və Ağadadaş ilə Balacaxanımgilin Qırmızı xoruzunun bəy axtarışı haqqında hekayə) və Bayraqdar (Eysebionun faciəli ölümü haqqında kədərli povest) daxil edilib.

***

Elçinin müasir postmodernizm ədəbiyyatının parlaq nümunəsi hesab olunan "Baş" adlı psixoloji-fəlsəfi romanı 2015-ci ildə "Qanun" nəşriyyatında çap olunub. Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən roman A. Mustafazadənin tərcüməsində rus dilində də nəşr edib. "Baş" romanı yazıçının bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. "Mahmud və Məryəm"dəki, "Ölüm hökmün"ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti "Baş"da bütün parlaqlığı ilə üzə çıxır.

***

Elçinin əsərləri dünyanın bir çox dillərinə — ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və s. tərcümə edilib.

***

Elçinin "Günay, Yalçın, Nigar, bir də Səlim" (1979), "Tənqid və ədəbiyyatımızın problemləri" (1981), "Bülbülün nağılı" (1983), iki cildlik "Seçilmiş əsərləri" (1987),"Bülbül" (1987), "Klassiklər və müasirlər" (1987), "Şuşaya sis çökdü" (1991, Türkiyə), "Ömrün son səhəri" (1993), "Özümüz və sözümüz" (1993), "Məmməd Əmin Rəsulzadə" (1994), "Şuşa dağlarını duman bürüdü" (1995, Türkiyə), "Bəstəkarın vətəndaş sözü" (1995), "Dar ayaqqabı" (1996, Çin), "Klassik aşıq poeziyasında 'Dünya obrazı'" (1996), "Nəriman Nərimanov: Şəxsiyyəti və fəaliyyəti" (1997), "Kukla, yoxsa Aysu" (1998), "Ədəbiyyatımızın yaradıcılıq problemləri" (1999), "Kitabi Dədə Qorqud" aliliyi" (1999), "Tənqid və nəsr: (Azərbaycan bədii nəsri ədəbi tənqiddə: 1945–1965)" (1999), "Bu nə sehrdir belə: Elçin haqqında əlli altı söz" (1999), "Baladadaşın ilk məhəbbəti" (2000), "Ədəbi düşüncələr" (2002), "...Azərbaycan ədəbi tənqidinin inkişaf yolları" (2003), "Dədə Qorqud və milli ideologiya" (2004), "Nəsrimizdə obyektivlik və subyektivlik" (2006), "Azadlıq pəncərəsi" (2008), "Tənqid, dramaturgiya və tarix" (2010) kimi fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutur.

***

Elçinin yaradıcılığında dramaturgiya da xüsusi əhəmiyyət kəsb edir. Onun "Tərs keçi", "Səkkiz ayaq", "Alatoran", "Almaz", "Sığınacaq", "Şah və dəlilər", "Yarımçıq əfsanə" kimi pyesləri Azərbaycan teatr səhnələrində uğurla tamaşaya qoyulub, Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirib.

***
Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında yalnız böyük yazıçı və tənqidçi kimi deyil, həm də səmimi və qəlbi geniş bir insan kimi xatırlanır. Onun əsərləri oxucunu düşünməyə, hiss etməyə və daha yaxşı insan olmağa çağırır. Azərbaycanın müasir ədəbiyyatının formalaşmasında və inkişafında onun rolu əvəzsizdir.


Elçin Əfəndiyev yaradıcılığı, elmi fəaliyyəti və ictimai-siyasi xidmətləri ilə Azərbaycan mədəniyyətinin əbədi xəzinəsinə çevrilib.

“Jurassic World: Yenidən doğuluş” rekord gəlir qazandı Maykl Manna Lümyer mükafatı veriləcək Kameron Diazın yeni filmi açıqlandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see284

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see176

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see149

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see141

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see139

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see127

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see119

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri