Icma.az
close
up
RU
Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir Fotolar

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə  Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, işgüzar səfər zamanı Baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.

Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib.

Göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Baş prokuror minnətdarlığını bildirərək, Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin, Somali Ədliyyə və konstitusional işlər naziri  Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Baş prokuror Somali prezidenti Hasan Şeyx Mahmudun 12 fevral 2025-ci il tarixli Azərbaycana səfəri, prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində bağlanmış sazişləri vurğulayaraq, dövlət başçıları arasında olan yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verməsini bildirib.

Çıxış edən Hasan Moallim Mahmud Şeyx Əli Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrəçqarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.

Bundan başqa, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib. 

Görüşdə Baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Nümayəndə heyətinin səfəri davam edir.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri