Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Baş Prokurorluqda işləyəndə rəhbərliklə aramızda fikir ayrılığı yaranmışdı Əfrahim Təhməzov

Baş Prokurorluqda işləyəndə rəhbərliklə aramızda fikir ayrılığı yaranmışdı Əfrahim Təhməzov

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lent.az uzun illər Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik etmiş Əfrahim Təhməzovun "Yeni Müsavat"a müdahibəsini təqdim edir

Ehtiyatda olan ədliyyə polkovniki 1960-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əfrahim Təhməzov fəaliyyəti dövründə 3 baş prokuror - İxtiyar Şirinov, Əli Ömərov, Eldar Həsənov və 4 hərbi prokuror - Ramiz Rzayev, Siyasət Alıyev, İlham Məmmədov, Xanlar Vəliyevlə işləyib. Həyatının ən mühüm səhifələri Azərbaycanın keşməkeşli günlərinə təsadüf edib.

- Artıq təqaüddəsiniz, amma həyatınızın böyük hissəsi Hərbi Prokurorluqla bağlıdır. Həm də respublikada ən məlumatlı şəxslərdən birisiniz. Bu yolu seçdiyiniz günləri necə xatırlayırsınız?

- Uzun söhbətdir (gülür). Orta məktəbdə oxuduğum günlərdə jurnalist olmaq arzusunda idim. Bu arzu məni 1983-cü ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirdi. 1988-ci ildə təhsilimi başa vurdum. İlk iş yerim o zaman Dövlət Plan Komitəsi oldu. Sonradan Nazirlər Kabinetinin “İqtisadiyyat və Həyat” jurnalında çalışmağa başladım. Orada şöbə müdiri, baş redaktor vəzifələrini tutmuşam. 1992-ci ildə yenidən Bakı Dövlət Universitetinə sənədlərimi verdim. Bu dəfə hüquq təhsili aldım. Elə həmin il Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat aldım. 1995-ci ilə kimi orada çalışdım. Rəhbərliklə aramızda yaranan fikir ayrılıqlarına görə bir müddət işə çıxmadım.

- O zaman Eldar Həsənov baş prokuror idi?

- Hə, aramızda fikir ayrılıqları yaranmışdı, təklifləri rədd etmişdim. Buna görə Baş Prokurorluğun Mətbuat xidməti islahatlar adı ilə Hüquqi Təminat İdarəsinə verildi. Mənim əmrimi isə Hərbi Prokurorluğa köməkçi verdilər.

- O zaman təklifi qəbul etsəydiz, səsiniz daha ucalardan gələrdi?

- Qəbul etməzdim! Mənim əqidəm, öz məsləkim vardı. Orada çox təkliflər oldu, sona qədər təmiz adımı qorudum, vətənə xidməti üstün tutdum.

- Beləcə Hərbi Prokurorluqda işə başladız?

- Əmrimi Hərbi Prokurorluğa verəndən sonra uzun müddət işə çıxmadım. Ümumiyyətlə, prokurorluqdan getmək istəyirdim. Çünki hesab edirdim ki, mənə qarşı haqsızlıq, qanunsuzluq olub. Sonradan bu gün ölkədə nüfuzlu məmurlardan olan, o zaman Baş Prokurorluqda vəzifədə olan xətrini istədiyim tanışım dedi ki, “buradan, yəni prokurorluqdan xeyli getməli adamlar var, sən niyə getməlisən, elə sən qalıb işləməlisən”. Məsləhət etdi ki, Hərbi Prokurorluqda işə çıxım. Belə də oldu. İndi o günləri böyük qürurla xatırlayıram. 1995-ci ildən 2017-ci ilə kimi Hərbi Prokurorluqda işlədim.

- Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri olduğunuz illər işğal, əsgər ölümləri xəbərlərinin ardı-arası kəsilmədiyi dövrə təsadüf edib. O dövrlərdə jurnalistlərlə işləmək çətin deyildi ki?

- Həmin dövrdə mətbuatla işləmək çox ağır və çətin idi. O baxımdan ki, mətbuatda indikindən daha kəskin və sərt yanaşmalar vardı. Hər gün çox gərgin iş rejimində çalışırdıq. Mətbuat xidməti rəhbərinin işi əsəb üzərində qurulub. Doğru-dürüst məlumatın verilməsi müəyyən ilkin araşdırma tələb edir. Jurnalistlər isə bəhsə-bəhs zəng edib tez bir zamanda bu və ya digər hadisə ilə bağlı dəqiq məlumat almağa çalışırdılar. Çətin idi, hər kəslə səbrlə davranıb doğru məlumatı ötürmək də vacib idi. Elə etmək lazımdır ki, cəmiyyəti yanlış nəticələrə yönləndirən qeyri-dəqiq, hətta dezinformasiya xarakterli informasiyalar zamanında önlənsin. Üstəlik, rəhbərliyin tapşırıqlarının icrası da vardı. Yəni çox gərgin iş rejimində çalışırdım. Bəzən bir yanlış informasiya təkcə bir insanın yox, bütöv bir ailənin, müvafiq olaraq dövlətin taleyinə təsir edə bilər. Ən böyük problem məlumatı vaxtında və düzgün verməkdir. Hər şeyi açıqlamaq olmurdu, amma gizlətmək də olmazdı. Zərif bir xətt vardı, çalışırdım ki, o xətti keçməyim.

- O dövrdə gizlətmək lazım gələn məqamlar olurdu? Yoxsa hər şeyi açıq demək mümkün idi?

- Döyüş, intizam, qətl, məhkəmə işləri... Təbii ki, hər şeyi açıq danışmaq olmurdu. Hər dəfə düşünürdüm ki, bunu açıqlasaq, dövlətə, orduya zərər gələrmi? Əgər gələrdisə, susmaq məcburiyyətində idik. Jurnalistlərə də bunu bizim açıq deməyimiz alınmırdı. Digər suallar çıxır, vəziyyət daha da qəlizləşirdi.

İndi isə şükür Allaha ki, Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında igid vətən oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad olunub, daha əsgər ölümləri xəbərləri gəlmir, ordumuzda nizam-intizam məsələlərinə xüsusi həssaslıqla yanaşılır. İndi o illərdə cəbhə bölgəsində yaşananlardan qaynaqlanan gərginliklərdən əsər-əlamət yoxdur. Yeni hərbi prokuror Bəhruz Əhmədov yeni yanaşmalar ortaya qoyur, işin səmərəliliyinə yönəlik addımlar atılır. Bu da strukturun səmərəliliyinə, həm də hərbi hissələrdə nizam-intizamın gücləndirilməsinə hesablanıb. Başlıca məqsəd şəffaflığın artırılması, hərbi cinayətlərin istintaqında operativliyin təmin edilməsi, zərərçəkənlərin hüquqlarının müdafiəsinin gücləndirilməsi və preventiv tədbirlərin genişləndirilməsidir.

Hesab edirəm ki, bu yanaşmalar daha çevik idarəetməyə və cəmiyyətin gözləntilərinə uyğun nəticələrin əldə olunmasına səbəb olacaq.

- Hərbi prokuror Xanlar Vəliyevlə işləmək necə, çətin deyildi ki?

- Xanlar müəllim tələbkar rəhbər idi, işinə yanaşması da professional idi. Elə məsələlər olurdu ki, fikirlərimi dinləyir, mənimlə razılaşırdı. Məsələn, cəbhə bölgəsində əsgərimizin intiharı haqda məlumatlar ictimailəşdirilirdi. Mən isə qəti şəkildə bunun əleyhinə idim. Çünki əsgərin valideyninin xəbəri mətbuatdan oxuyacağını, radiodan, televiziyadan eşidəcəyini nəzərə alırdım. Düşünürdüm ki, həmin anda valideyn yolda-izdə ola bilər və yanında onu sakitləşdirəcək biri olmaz, o çətin durumda bir atanın, bir ananın halı nə olacaq?

Digər tərəfdən, bu və ya digər hadisənin intihar olmasını birmənalı şəkildə söyləmək üçün ən azı məhkəmə-tibb ekspertizasının rəyi olmalıdır. Belə bir rəy olmadan, sırf ehtimala əsaslanıb rəsmi məlumatın verilməsini yolverilməz hesab edirdim. Hadisələrin intihar kimi deyil, ölüm faktı kimi təqdim olunmasının daha doğru olması fikrində idim.

- 44 günlük müharibə zamanı Hərbi Prokurorluq hansı sınaqlardan keçdi?

- O zaman mən artıq təqaüddə idim. Ən böyük sınaq şəhid ailələrinin, qazilərimizin hüquqlarını qorumaqdır.

- Döyüşçüsünüz, Əfqanıstan müharibəsinin od-alovunun içindən keçmisiniz, 1-ci Qarabağ müharibəsində könüllü iştirak etmisiniz. 2-ci Qarabağ müharibəsinin ən çox yadınızda qalan anı nədir?

- Müharibə düz ad günümdə başladı və qələbəmizlə nəticələndi. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə möhkəm can sağlığı arzulayıram. Mən də müharibəyə qatılmaq üçün müraciət etmişdim. Sağ olsun cavanlar, bizləri sevindirdilər, torpaqlarımızı düşmən işğalından azad etdilər. Şuşa xəbəri gələndə sevincimin həddi-hüdudu yox idi, fəxarət hissi keçirdim. Bu günümüzə şükür.

- Təqaüddəsiniz, evdə paltar seçərkən də “polkovnik instinkti” işləyir?

- Bəli (gülür). Həmişə ütülü, səliqəli geyinməyə çalışıram. Hərbçi vərdişi ömürlük qalır. Hərçənd ki, xidmət rəhbəri olduğum dövrdə mənə mülki geyim daşımaq icazəsi verilmişdi.

- Sizcə, ciddi işləri yumorla qarışdırmaq olar?

- Bəli, gərəkdir də. Əks halda yaşamaq çətin olar. Bəzən ən gərgin məqamda bir zarafat hər kəsin üzündə təbəssüm yaradır, çətinliyi asan edir. İnsanı yaşadan xoş ovqatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri