Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Baş Prokurorluqda yerli idarəetmə qanunçuluğu ilə bağlı tədbir keçirildi

Baş Prokurorluqda yerli idarəetmə qanunçuluğu ilə bağlı tədbir keçirildi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 28-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Yerli idarəetmədə qanunçuluğun təmin edilməsi və hüquq pozuntularının qarşısının alınmasının aktual məsələləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli iştirakçıları salamlayaraq tədbirin məqsədi və proqramı barədə məlumat verib. O, yerli idarəetmə sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasının, hüquq pozuntularının vaxtında aşkar edilərək qarşısının alınmasının vacibliyini qeyd edib. Bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin, mövcud problemlərin birgə müzakirəsinin və praktiki təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev salamlama nitqi ilə çıxış edərək yerli idarəetmədə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması, korrupsiya və digər hüquq pozuntularının qarşısının alınması, eləcə də aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Lətifə Şıxəliyeva şəhərsalma sahəsində qanunvericiliyin tələblərinə riayət olunması və aktual məsələlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev antikorrupsiya davranış modelinin formalaşdırılması mövzularında çıxış ediblər.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin Analitik təhlil və metodoloji yardım şöbəsinin aparıcı məsləhətçisi Fəridə Hacıyeva bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət zamanı aşkar edilən xarakterik pozuntular və onların qarşısının alınmasına yönəlmiş tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Mikayıl Quliyev isə torpaq üzərində mülkiyyət hüququnun qorunması məsələlərindən bəhs ediblər.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Elşad Ağayev yetkinlik yaşına çatmayanlarla iş zamanı etik davranış meyarları, onların hüquqlarının müdafiəsi və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin xüsusiyyətləri barədə məlumat verib.

Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərova isə yetkinlik yaşına çatmayanlarla iş zamanı etik davranış meyarları, insan alverinin qurbanı olan uşaqların müəyyən edilməsi, müdafiəsi və bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətinə toxunub.

Müzakirələrdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev mövzunun bələdiyyələr üçün aktual olduğunu vurğulayıb. O, hüquq pozuntularının qarşısının alınmasında bu istiqamətdə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir zamanı müzakirə olunan mövzular üzrə qanunvericiliyin tətbiqi təcrübəsi, hüquq pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın aktual məsələləri diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirə olunan məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri