Icma.az
close
up
RU
“Başı ağrıyan da təcili yardım çağırır, çatdırmaq mümkün deyil” Professordan ETİRAZ

“Başı ağrıyan da təcili yardım çağırır, çatdırmaq mümkün deyil” Professordan ETİRAZ

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Vətəndaşların tibb sahəsindən gileylərindən biri təcili tibbi yardım xidmətinin ünvana vaxtında çatmamasıdır. Xüsusilə, paytaxt sakinləri təcili tibbi yardım maşınlarının bəzən bir saat və daha artıq vaxta çağırışa gəldiklərini deyirlər.
Aidiyyəti qurumlar isə bunu həm paytaxt yollarındakı sıxlıq, həm də çağırış sayının çox olması ilə əlaqələndirirlər.
Bəs çıxış yolu nədir? Təcili tibbi müdaxilə ilə həyatda qalması mümkün olan xəstələrin həyatına biganə qalmamaq üçün alternativ yollar nə ola bilər?
Bəzi ölkələrdə özəl təcili tibbi yardım xidməti mövcuddur. Azərbaycanda da, xüsusilə, paytaxtda özəl təcili tibbi yardım xidməti göstərən xəstəxanalar var. Lakin bu həm demək olar ki, paytaxtla kifayətlənir, həm də hamı üçün əlçatan deyil.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor, həkim Adil Qeybulla deyib ki, özəl təcili tibbi yardım xidməti göstərən bir neçə struktur var:
“Təəssüflər ki, bu gün bu xidmətlər əhalinin imkanından kənardadır. Özəl xidmətdə hər şey, nəqliyyat xərcləri, həkim, tibb bacısının əmək haqları, vergi və digər xərclərin hamısı şirkətin öz üzərində olduğu üçün bahadır. Yəni bu xidmət dünyanın hər yerində baha olur. Əslində, təcili yardım sistemi kökündən dəyişməlidir. Əgər biz Qərb standartlarına keçiriksə, təcili yardımın mahiyyətini dəyişməliyik”.
O, bildirib ki, ölkəmizdə hər narahatlıq üçün təcili tibbi yardıma müraciət edirlər:
“Bizdə başı, qarnı ağrıyan dərhal təcili yardım çağırır. Dünyanın heç bir ölkəsində təcili yardım maşınlarının əhalinin hər bir çağırışına dərhal cavab vermək imkanı yoxdur. Ona görə də sistem başqa cür qurulub. Ailə həkimi institiutu var, əgər gecələr hansısa şikayətlər olursa, səhhətlə bağlı nəsə baş verirsə, həmin xəstənin məlumatlarını bilən ailə həkiminə müraciət edilir və onu yerindəcə həll edirlər.
Xaricdə təcili tibbi yardım hospital sistemi ilə işləyir. Məsələn, ağır qəzaya düşən, fövqəladə vəziyyətlə üzləşən, təbii fəlakətlər zamanı, yəni kütləvi şəkildə təcili yardıma ehtiyac olan vaxtlarda təcili tibbi yardım işləyir. Onların vertolyotları, həkimləri, hətta həkim olmayan amma xüsusi kurslar keçmiş ilk yardım göstərmək imkanı olan şəxsləri var. Qanaxmalar, sınıqlar, nəfəs yollarının, ürək döyüntülərinin bərpası, bir sözlə, ilkin olaraq xəstənin yerində özünə gətirilməsi və dərhal xəstəxanaya çatdırılması vertolyot vasitəsilə edilir.
Xaricdə təcili yardım sisteminin mahiyyəti budur.
Yəni zərərçəkmiş şəxsə yerində tibbi xidmət göstərilərək dərhal hospitala çatdırılır. Təcili yardım, təxirəsalınmaz yardım buna deyirlər. Bizdə isə kimsə evdə oturur, təzyiqi qalxır, hansısa şikayəti olur və təcili yardım çağırır. Təcili yardım, əlbəttə, bu gün Bakıdakı tıxaclarla, imkanlarla bütün paytaxt əhalisinə dərhal xidmət göstərməyi çatdıra bilməz. Bu, daha çox obyektiv səbəblərdir. Heç Almaniya kimi ölkələrdə bunu nizamlaya bilməzlər. Biz təcili tibbi yardımın mahiyyətini dəyişməliyik, ailə həkimi institutu qurmalıyıq, əhalinin tibbi xidmət almaq imkanlarını Qərb standartlarına yaxınlaşdırmalıyıq”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri