Icma.az
close
up
RU
Başınızın qaşınmasının əsas SƏBƏBLƏRİ

Başınızın qaşınmasının əsas SƏBƏBLƏRİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Baş dərisinin qaşınması insanların dermatoloqa müraciət etməsinin ən yayılmış səbəblərindən biridir. Bu əlamət həm düzgün olmayan gigiyena, həm də ciddi dəri xəstəliklərinin göstəricisi ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər narahatlıq yaradan əsas faktorları və onların aradan qaldırılması yollarını açıqlayıblar.

Yanlış şampun və gigiyena

Qaşınmanın ən geniş yayılmış səbəblərindən biri şampunun baş dərisinin tipinə uyğun seçilməməsidir. Son illər sulfat­sız şampunlara maraq artsa da, bu vasitələr əsasən həssas, allergiyaya meyilli və ya atopik dəri üçün nəzərdə tutulub.

Əgər insanın baş dərisi yağlıdırsa və ya tez-tez saç düzümü üçün vasitələrdən istifadə edirsə, sulfat­sız şampunlar sebumu kifayət qədər təmizləyə bilmir. Nəticədə follikullar tıxanır, iltihab yaranır və kəpək əmələ gəlir.

Quru dəriyə sahib olan şəxslərin tez-tez skrab və ya dərin təmizləyici şampunlardan istifadə etməsi isə qoruyucu hidrolipid baryeri zədələyir. Bu da susuzlaşma və qıcıqlanmaya səbəb olur.

Başın düzgün yuyulmaması

Təkcə hansı vasitədən istifadə etmək deyil, həm də başın necə yuyulması böyük əhəmiyyət daşıyır. Mütəxəssislər hər yuma zamanı bir neçə qaydaya riayət etməyi tövsiyə edirlər.

Su ilıq olmalıdır. Çox isti su qıcıqlanma və ya sebumun həddindən artıq ifrazına səbəb ola bilər. Baş dərisi yalnız barmaq ucları ilə, zərif şəkildə masaj edilməlidir. Dırnaqlarla qaşımaq epidermisin zədələnməsinə gətirib çıxarır.

Xüsusilə gicgah və boyun nahiyəsinə diqqət yetirmək lazımdır. Bu zonalarda, xüsusilə fiziki aktivlikdən sonra, çirk və yağ daha çox toplanır.

Dəri xəstəlikləri və stress

Gigiyena qaydalarına əməl olunduğu halda qaşınma davam edərsə, səbəb tibbi problemlərlə bağlı ola bilər. Dermatoloqlar bir sıra xəstəliklərin baş dərisində qaşınma və dəyişikliklərlə müşayiət olunduğunu bildirirlər.

Ən çox rast gəlinən səbəblərdən biri seboreyalı dermatitdir. Bu zaman dəri quruyur, dartılma hissi yaranır və açıq rəngli pulcuqlar görünür. Belə hallarda xüsusi kəpəyə qarşı şampunlar və müalicəvi vasitələr tövsiyə olunur.

Oxşar əlamətlər psoriaz zamanı da müşahidə edilir. Bu xəstəlik qızartı, gümüşü-ağ pulcuqlar və lövhələrlə özünü göstərir. Qaşınmanın intensivliyi zəifdən çox güclüyə qədər dəyişə bilər.

Atopik dermatit də saçlı dəridə qızartı və qabıqlanma yarada bilər, xəstələr tez-tez güclü yanma hissindən şikayət edirlər. Dəmrov (göbələk infeksiyası) isə qırmızı səpgilər və hətta saç tökülməsi ilə müşayiət oluna bilər.

Qaşınmanın digər səbəbləri arasında parazitar xəstəliklər də var. Bitlənmə zamanı güclü qaşınma, xoşagəlməz qoxu və qanlı qabıqlar yarana bilər. Qaşınma xəstəliyi isə mikroskopik gənələr səbəbindən baş verir və xüsusilə uşaqlarda güclü diskomfort yaradır.

Bəzi hallarda isə səpgisiz, görünən dəyişikliksiz güclü qaşınma müşahidə olunur. Bu, sinir sistemi ilə bağlı problemlərin, neyropatiyanın və ya güclü stressin əlaməti ola bilər.

Baş dərisində uzunmüddətli və ya güclü qaşınma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalıdır. Erkən diaqnoz düzgün müalicəyə vaxtında başlamağa və ağırlaşmaların qarşısını almağa imkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri