Icma.az
close
up
RU
Başqa qadınla yaşayırdı, pullarını ona xərcləyirdi

Başqa qadınla yaşayırdı, pullarını ona xərcləyirdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində baş verib. Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz birgə yaşadıqları evində onu başqa qadınlarla ünsiyyət saxlamaqda və ailəsinə qayğı göstərməməsində günahlandıran arvadı Ülviyyənin (adlar şərtidir – red.) ona yemək hazırlanmamasına görə tənbeh edib. 
Həmin səbəblərdən onların arasında ailə münaqişəsi və qısqanclıq zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, əsəbiləşərək arvadının üzərinə hücum edib və əvvəlcə əlləri ilə saçından tutaraq yolub, ardınca qəsdən əl, yumruq zərbələri ilə müxtəlif nahiyyələrinə vurub. 
İş üzrə izahat verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2005-ci ildə Ülviyyə ilə ailə həyatı qurub, həmin nikahdan üç övladı var: “Mən Ülviyyə ilə ailə qurduqdan bir müddət sonra Aşağı Güzdək qəsəbəsində yeni massivdə özümüz üçün ev tikdirdik, orada yaşamağa başladıq. Ülviyyə ilə ailə qurduqdan sonra əvvəllər ər-arvad münasibətlərimiz normal olsa
da, son zamanlar Ülviyyə iddia edib ki, mənim qeyri-rəsmi olaraq ondan gizlin şəkildə yaşadığım qadın var, guya qazandığım pulları həmin qadına xərcləyirəm”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 17 radələrində yaşadığı evdə olarkən qızı Leyladan onun üçün yemək hazırlamasını istəyib: “Leyla hazırlığa gedəcəyini dedi, mənə yemək hazırlamaqdan imtina etdi. Buna görə əsəbiləşdim və Leylanın hazırlığa getməməsini söylədim. Bu zaman Ülviyyə mənə niyə əsəbləşdiyimi soruşdu. Mən də ona övladıma tərbiyyə vermədiyini irad bildirdim. Buna görə arvadımla aramızda mübahisə və münaqişə baş verdi. Həmin münaqişə zamanı Ülviyyə mənə acıqlı şəkildə cavab qaytardığı üçün əsəbləşdim, əl və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm. Sonra Ülviyyədən aralandım və münaqişələrimiz başa çatdı. Bundan sonra Ülviyyə atasına zəng vuraraq çağırdı. Atası da gələrək onu öz evlərinə apardı”. 
İş üzrə zərərçəkmiş Ülviyyənin sözlərinə görə, əvvəllər Pərvizlə ər-arvad münasibətləri normal olsa da, lakin son zamanlar təxminən üç ilə yaxındır Pərvizin tanımadığı başqa bir qadınla görüşdüyünü və onunla münasibətdə olduğunu öyrənib:
“Buna görə də Pərvizə qazandığı pulları həmin qadına xərclədiyini, mənə və övladlarıma biganə qalmasına görə aramızda dəfələrlə ailə məişət münasibətləri zəminində sözlə mübahisələrimiz baş verdi. Lakin heç vaxtı bu barədə polisə şikayət etməmişəm”. 
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə Pərviz yaşadığı evdə olarkən övladları Leyladan ona yemək hazırlamasını istəyib: “Lakin qızım dərs hazırlığına gedəcəyini dedi, atasına yemək hazırlamadı. Buna görə də Pərviz Leylaya əsəbləşdi, onu hazırlığa getməsinə icazə vermək istəmədi. Həmin vaxtı uşaqdan nə istədiyini soruşanda Pərviz əsəbiləşərək mənimlə mübahisə etməyə başladı və üzərimə gələrək əvvəlcə əlləri ilə sacımdan yapışaraq dartdı. Sonra əl, yumruq zərbələri ilə sifət, baş, qol nahiyələrimə, təpiklə isə qarın, ayaq və bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Pərviz 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Bundan başqa, ona cəzaçəkmə müddəti ərzində Abşeron rayon hüdudlarından kənara çıxması, həmçinin hər gün saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub. 
Bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri tapşırılıb. Yaşayış yerini dəyişdirməməsi halı müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olunur. 
Bundan əlavə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri