Bastrıkin Azərbaycanın baş prokuroru ilə Aktau yaxınlığında baş vermiş qəza ilə bağlı araşdırmanı müzakirə edib Doğru Xəbərlər
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru Kamran Əliyevlə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılmasını müzakirə edib.
“İdarə rəhbərləri Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişini müzakirə ediblər”, – İstintaq Komitəsinin məlumatında deyilir.
Bastrıkin vurğulayıb ki, Moskva İstintaq Komitəsinin ən təcrübəli əməkdaşlarını işə cəlb edib.
“Tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirərək, gələcək hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər”, – deyə idarədən əlavə ediblər.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qəza ilə bağlı araşdırmanın rəsmi nəticələrini gözləməyə çağırıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















