Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: Belə müsibət görməmişdik
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Aprelin ortasında bir neçə gün aramsız yağan leysan Siyəzən rayonunun Böyük Həmyə kəndində fəsadlara səbəb olub.
Güclü yağıntılar nəticəsində yaranan sel suları sakinləri çətin vəziyyətə salıb. Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti Baku TV-yə danışıblar.
"Bizi evin pəncəsindən çıxartdılar. Sel qapını açmağa imkan vermədi. Tövləm dağıldı, mal-qaram tələf oldu. Belə müsibət görməmişdik", - zərərçəkən söyləyib.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Böyük Həmyə İƏD üzrə nümayəndəsi Rahib Məmmədovun sözlərinə görə, sel nəticəsində 220 sakin təxliyə edilib, 57 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Ətraflı süjetdə:
Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
Baxış sayı:134
Bu xəbər 23 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















