Icma.az
close
up
RU
Baxıb keçməyin, bu zibillər QIZIL dəyərindədir ŞOK REPORTAJ

Baxıb keçməyin, bu zibillər QIZIL dəyərindədir ŞOK REPORTAJ

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ətrafımızı təmiz saxlamaq üçün tullantıları zibil qabına atırıq və bununla işimizin bitdiyini düşünürük. Amma sonra nə baş verir? Atılan əşyalar sadəcə yoxa çıxırmı, yoxsa onların yeni bir həyatı başlayır?

Bu sualların cavabını tapmaq üçün Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna yollandıq.

Zavodda bizi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı qarşıladı.

O, bizə burada hər gün minlərlə ton tullantının çeşidlənərək yenidən emala göndərildiyini izah etdi.

Görünüşcə dəyərsiz olan bu materiallar - kağız, plastik, şüşə və metal fabriklər üçün qiymətli xammala çevrilir. Beləliklə, zibilliyə atılan əşyalar yeni bir forma alaraq həyatımıza yenidən qayıdır. Bəlkə də indi istifadə etdiyiniz kağız və ya plastik qab bir zamanlar başqa birinin tullantısı olub…

“Bir vaxtlar bu ərazi Balaxanı şəhər tullantıları poliqonu olaraq bərk məişət tullantılarının açıq havada yandırıldığı məkan idi. 2009-cu ildən “Təmiz Şəhər” ASC təsis olunduqdan sonra burada sanitar poliqon yaradıldı. Bundan sonra ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyətə başladı. Zavod yarımavtomatlaşdırılmış alman texnologiyası əsasında fəaliyyət göstərir.

Əraziyə gətirilən tullantılar çeşidlənmə zamanı xüsusi avadanlıq vasitəsi ilə lentin üzərinə qoyulur və hücrələrə ötürülür. İri qabaritli hissələr onlardan ayrılır ki, hərəkət zamanı problem yaratmasın. Sonrakı mərhələdə isə insanlar tərəfindən kağız, plastik, şüşə və metal kimi fraksiyalar üzrə çeşidlənərək təkrar emala göndərilir.

Ötənilki statistikaya əsasən deyə bilərəm ki, “Təmiz Şəhər” ASC 900 min tona qədər tullantı qəbul edib və zərərsizləşdirib. Onun bir hissəsi Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna, digər hissəsi Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna, yerdə qalan hissə isə nə təkrar emala, nə də yandırılmaya yararlı olmadığına görə Balaxanı şəhər tullantıları poliqonunda basdırılıb və zərərsizləşdirilib. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 500 min ton tullantını yandırmaq gücündədir. Bu həcmdə tullantı yandırılaraq 200 milyon kilovat-saat elektrik enerjisi əldə olunur ki, bu da Gəncə boyda şəhəri elektrik enerjisi ilə təmin etmək gücündədir”, - Orxan Cabbarlı dedi.

Müsahibimiz bildirdi ki, zavodda işə cəlb olunanların bir çoxu vaxtı ilə poliqonda açıq sahədə zibilləri çeşidləyərək, satıb öz ehtiyacların ödəyənlərdir.

Maraqlı məqamlardan biri də budur ki, metal tullantılar çeşidlənərkən onlar arasında dəmir pullara - yəni qəpiyə də rast gəlinir. Ümumilikdə il ərzində bu yolla 1500-2000 min manata qədər pul yığılır. Onlar da yığılaraq “Tapılan arzular” layihəsi çərçivəsində xeyriyyə məqsədi ilə istifadə olunur. Məsələn, ötən il buradan yığılan pulla bir uşağa motorlu əlil arabası alınıb.

Burada həmçinin vaxtı keçmiş qida məhsullarının qəbulu da həyata keçirilir. Əraziyə vaxtı keçmiş duru yağların gətirildiyini görürük. Onlar Balaxanı Sənaye Parkında qəbul olunur və zərərsizləşdirilir, hətta xarici ölkələrə biodizelin istehsalında xammal kimi ixrac olunur. Eyni zamanda sürtkü yağlarının hazırlanmasında da onlardan istifadə olunur.

Zavodun digər hissəsində çeşidlənən tullantılar hücrələrdən aşağı atılır, daha sonra onlar lentin üzərinə qoyulur və breketlənmə işləri aparılır.

Təkrar emal olunmayan məhsullar isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda marten sobalarında yandırılır. Bu cür tullantıların termik üsulla yandırılması hesabına elektrik enerjisi əldə olunur.

“Bu zavod tam avtomatlaşdırılıb və 4G texnologiyası əsasında fəaliyyət göstərir. Atmosferə normadan artıq qazlar daxil olduğu halda zavod avtomatik fəaliyyətini dayandırır. Ekoloji normalara maksimum riayət olunur”, - Orxan Cabbarlı bildirdi.

Çeşidlənən məhsulların təkrar emalı Balaxanı Sənaye Parkında həyata keçirilir. 2017-ci ildən bu günə qədər parka 55 milyon dəyərində investisiya qoyulub, 324 milyon dəyərində məhsul istehsal olunub. Evlərimizdə istifadə etdiyimiz yuyucu vasitələrin qabları, uşaqlar üçün oyuncaqlar, dibçək qabları burada istehsal olunur.

Şahanə Rəhimli
Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri