Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Televiziya məkanlarında bayağı verilişlərin yığışdırılması hər hansı keyfiyyət dəyişikliyindən xəbər vermir. Əlbəttə, o tip verilişlərin məhududlaşdırılıb, dayandırılması çox yaxşıdır. Çünki bir yerdə qayda yaratmaq üçün əvvəlcə təmizlik işləri görmək lazımdır.
Bu sözləri Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli bildirib.
Ekspertin sözlərinə görə, efir bu cür uyğunsuz verilişlərdən təmizlənir:
“Yeni verilişlərin necə olması isə televiziyaların yayım siyasəti ilə bağlı məsələdir. Təbii ki, hazırda xəbərlərə önəm verilir və xəbər sistemi bizdə ən inkişaf etmiş sahələrdən biridir. Ancaq sonrasında bilgili-əyləncəli üslubda maarifçi, intellektual verilişlər lazımdır ki, əyləncə ilə maaarifləndirməni qatmaq mümkün olsun. Məncə, “Əlaçı” tipli verilişlər də mütləq olmalıdır.
Digər tərəfdən, bizə bu dəqiqə keyfiyyətli şou proqramları lazımdır. Keyfiyyətli şoular olmasa, televiziyanı idarə edə bilməyəcəyik. İstiqamət bu formada getməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Aprel 2026 07:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















