Icma.az
close
up
RU
“Bayden dövrü” niyə mübahisəlidir?

“Bayden dövrü” niyə mübahisəlidir?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Qaranlıq” dosyelər, “Round River” və Azərbaycana qarşı qərəz

Cozef Bayden administrasiyasının hakimiyyətdən getməsindən sonra ABŞ-da həmin dövrə aid bir sıra qaranlıq məqamların üzərinə işıq düşür. Sonuncu qalmaqalın mərkəzində elə keçmiş prezident Co Bayden və oğlu Hanter Baydenlə bağlı məlumatların FTB tərəfindən gizlədildiyi iddiası dayanır.

ABŞ senatorları Çak Qrassli və Ron Conson FTB-nin Bayden ailəsi ilə bağlı araşdırma materiallarını Konqresdən və ictimaiyyətdən yayındırmaq üçün məxfi təsnifat mexanizmindən sui-istifadə edə biləcəyini bildirirlər. Söhbət 2020-ci il seçkilərindən əvvəl FTB daxilində fəaliyyət göstərən və Bayden ailəsi haqqında məlumat toplayan “Operation Round River” adlı işçi qrupundan gedir.

ARAYIŞ: ABŞ Senatının araşdırmasına və 2026-cı ildə üzə çıxarılan materiallara görə, “Round River” FTB-nin Xarici Təsirlərlə Mübarizə üzrə İşçi Qrupu çərçivəsində 2020-ci il seçkiləri ərəfəsində həyata keçirdiyi əks-kəşfiyyat fəaliyyəti olub. Layihənin əsas diqqət mərkəzlərindən biri Bayden ailəsi, Ukrayna, Burisma və Hunter Biden ətrafındakı korrupsiya iddiaları barədə FTB məlumatları olub. Ən ciddi iddia budur ki, FTB daxilindəki qrup müxtəlif sahələrdəki Confidential Human Source, yəni məxfi məlumat mənbələrinin, Bayden ailəsi ilə bağlı verdiyi məlumatları araşdırmaq əvəzinə onların bir hissəsini “Rusiya dezinformasiyası” kimi qiymətləndirib. 2026-cı ildə açıqlanan materiallarda ən azı 14 mənbənin Bayden ailəsi ilə bağlı ittihamedici məlumatlar verdiyi bildirilir.

Burada hələlik diqqət edilməli əsas məqam iddiaların məhkəmə tərəfindən təsdiqlənməməsidir. Senatorların açıqlamalarına görə, FTB müxtəlif mənbələrdən Bayden ailəsi ilə bağlı məlumatlar əldə edib, lakin bu materialların bir hissəsi xarici dezinformasiya ehtimalı adı altında məhdudlaşdırılıb və Konqresin araşdırmasına maneələr yaranıb. FTB və Ədliyyə Nazirliyi isə son ittihamlarla bağlı hələ rəsmi mövqe açıqlamayıb. Bu cür hallar Bayden administrasiyasının xarici siyasətinə başqa prizmadan baxılması üçün zəmin yaradır. Çünki həmin illərdə Vaşinqtonun Cənubi Qafqaz siyasəti Bakıda ciddi narahatlıq doğururdu. Xüsusilə 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra Antoni Blinkenin ritorikasında Azərbaycanın “hərbi əməliyyatlarına görə məsuliyyətə” dair vurğu gücləndi. Blinken həmin günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanla danışaraq ABŞ-ın Ermənistanın suverenliyi və müstəqilliyinə dəstəyini bir daha ifadə etmişdi. Bundan öncə, 2021-ci il aprelin 24-də Bayden ABŞ prezidentləri arasında ilk dəfə 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan lider oldu. Bu, erməni-amerikan təşkilatlarının əsas tələblərindən biri idi. Hətta “The Guardian” nəşri bu qərarı erməni təşkilatlarının uzunmüddətli lobbi fəaliyyətinin nəticəsi kimi xarakterizə etmişdi. Erməni Milli Komitəsinin özü də Bayden administrasiyasına ciddi təzyiq göstərirdi. Baydenin “907-ci düzəliş”i tətbiq etməsi üçün kampaniya aparır, Konqres üzvlərini Azərbaycana hərbi yardımı dayandırmağa çağırırdı. 2021-ci ildə təşkilat 100 mindən çox məktubun Konqres üzvlərinə göndərildiyini bildirmişdi.

Bu yanaşma Azərbaycanda Vaşinqtonun vasitəçi statusunun obyektivliyinə dair sualları artırmışdı. Çünki ABŞ Dövlət Departamenti Bakı ilə İrəvan arasında birbaşa dialoqu və sülh sazişinin əldə olunmasını dəstəklədiyini açıqlayırdı. Amma bunlar, sadəcə, sözdə idi. Çünki reallıqda daha çox ermənipərəst mövqe özünü büruzə verirdi. Azərbaycan üçün əsas narazılıq ondan ibarət idi ki, ABŞ administrasiyası bəzi açıqlamalarında Qarabağdakı “erməni əhalisinin təhlükəsizliyi və humanitar vəziyyət məsələləri” Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipdən daha ön plana çıxırdı.

Bayden administrasiyasının son illərində Ermənistanla ABŞ arasında münasibətlərin təhlükəsizlik ölçüsü də nəzərəçarpacaq dərəcədə genişlənmişdi. ABŞ Dövlət Departamentinin açıqladığı məlumatlara görə, Vaşinqton Ermənistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirmiş, 2023 və 2024-cü illərdə “Eagle Partner” hərbi təlimləri keçirilmişdi. Bütün bunlar Azərbaycan ictimaiyyətində belə bir sual yaradırdı: ABŞ özünü Bakı ilə İrəvan arasında neytral vasitəçi kimi təqdim etdiyi halda, niyə Ermənistanla təhlükəsizlik əməkdaşlığını dərinləşdirir?

İndi Vaşinqtonun siyasi mənzərəsi dəyişib. Donald Trampın ikinci prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətlərində fərqli dinamika formalaşıb. Bunun real simvolu ötən il avqustun 8-də Ağ Evdə Prezident İlham Əliyev, Donald Tramp və baş nazir Nikol Paşinyanın iştirakı ilə əldə olunan birgə bəyanat oldu. ABŞ Dövlət Departamenti həmin razılaşmanı onilliklər davam edən münaqişəyə son qoymaq üçün tarixi imkan kimi təqdim etdi.

Bayden dövrü ilə Tramp dövrü arasında əsas fərq Cənubi Qafqaza yanaşmanın siyasi məntiqində də görünür. Bayden-Blinken administrasiyası Ermənistanla münasibətləri və Qarabağdakı “humanitar məsələləri” ön plana çıxaran xətt yürüdürdüsə, Tramp administrasiyası 2025-ci ilin Vaşinqton prosesindən sonra Azərbaycan və Ermənistan arasında sülhü ABŞ-ın regional maraqları ilə birləşdirən praqmatik model qurmağa çalışır.

Ümumən ABŞ-da Bayden administrasiyasının daxili fəaliyyətinə dair yeni sənədlərin və iddiaların ortaya çıxması həmin dövrün xarici siyasət qərarlarına da yenidən baxılması üçün zəmin yaradır. Əgər Konqres araşdırmaları nəticəsində federal qurumların siyasi baxımdan həssas məlumatları bilərəkdən gizlətdiyi təsdiqlənərsə, bu, Bayden ailəsinin, həmin administrasiyanın qərarvermə mexanizmlərinin legitimliyi barədə də daha böyük suallar doğura bilər.

Yusif BAĞIRZADƏ,
politoloq

Bayden–Blinken hakimiyyəti dövründə Azərbaycana münasibətdə ABŞ-ın qərəzli mövqe sərgilədiyi məlumdur. Xüsusən də 2023-cü ildən sonra Vaşinqtonun ritorikasında Azərbaycana yönələn tənqidlərin artması bunun bariz sübutudur. ABŞ administrasiyası sözdə Azərbaycanın ərazi bütövlüyü və Ermənistanla sülh sazişinin vacibliyini qəbul etsə də, Laçın yolu, Qarabağdakı humanitar vəziyyət və insan hüquqları kimi, əslində, heç bir əsası olmayan məsələlərlə bağlı Azərbaycana ciddi təzyiq göstərməyə çalışırdı. Azərbaycanın həmin dövrdə əsas strategiyası isə bundan ibarət idi ki, 30 ildən artıq davam edən status-kvo artıq qəbuledilməzdir və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası prioritetdir. 2020-ci il müharibəsindən sonra əldə olunan üstünlük, 2023-cü ilin sentyabrında Qarabağ üzərində nəzarəti tam bərpa etməsi, ardınca Ermənistanla birbaşa danışıqlara keçməsi Bakının mövqeyini kökündən dəyişdi. Hər kəs qəbul etməyə başladı ki, Qarabağ məsələsinin əvvəlki status-kvo ilə davam etdirilməsi mümkün deyil.

Azərbaycan Bayden–Blinken administrasiyası dövründə xarici təzyiqlər qarşısında daha müstəqil və çoxvektorlu siyasət yürütməklə öz gündəliyini qorudu. ABŞ isə həmin dövrdə regionda sülh prosesinə təsir göstərmək imkanını demək olar ki, itirdi və Azərbaycanın əsas məsələlər üzrə mövqeyini dəyişdirməkdə gözlədiyi nəticəni əldə edə bilmədi. ABŞ-ın yeni administrasiyası, yəni Tramp administrasiyası bu reallığı başa düşdüyü və bu reallıqdan çıxış etdiyi üçün artıq Azərbaycan-ABŞ münasibətləri də yeni mərhələyə qədəm qoyub.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see663

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see324

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see299

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see275

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see273

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see247

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see230

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see229

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see228

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see219

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see184

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see179

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see175

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see174

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see168

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see167

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see166

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see151

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri