Bayden Rusiya neftinin ixracına qarşı sərt sanksiyalar tətbiq edə bilər
Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya neftinin ixracına qarşı daha sərt sanksiyaları nəzərdən keçirir.
Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr bildirir ki, neftin qiymətinin düşməsi və ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın Ukraynanı Rusiya ilə sürətlə razılaşmağa məcbur etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqların artması səbəbindən, hazırkı ABŞ prezidenti daha sərt və aqressiv addımlar atmağa hazırdır.
Təxminlərə görə, ABŞ-nin daha geniş sanksiyaları üçün seçimlərdən biri Rusiya neftinin alıcılarının ABŞ sanksiyaları ilə üzləşəcəyi məhdudiyyətlərin tətbiqi ola bilər.
Xatırladaq ki, Avropa İttifaqı 2024-cü ilin sonuna qədər Rusiya Federasiyasından 45 neft tankerinə qarşı sanksiyalar tətbiq etmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 11 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















