Bayden Trampa problem yaratmaq üçün Ermənistanla bu sazişi imzalayıb DETALLAR
Publika.az saytına istinadən Icma.az xəbər verir.
“Bayden administrasiyası son bir neçə həftədir Donald Trampın gələcək prezidentliyi üçün problemlər yaratmağa çalışır”.
Bunu Publika.az-a açıqlamasında britaniyalı politoloq Patrik Volş deyib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden Tramp üçün maneələrin yaradılmasından başqa heç bir mənası olmayan bir sıra sahələrdə qəsdli şəkildə antaqonist hərəkət edir:
“İsrail, HƏMAS və digər dövlətlər arasında mühüm atəşkəs sazişinin müzakirə edildiyi bir vaxtda Baydenin baş diplomatının İrəvanla saziş imzalaması dəhşətli haldır.
Ona görə ki, Blinken Yaxın Şərqdə minlərlə insanın ölüm-dirim məsələsi ilə müqayisədə İrəvanı bu qədər vacib hesab edir. Bayden administrasiyası son dörd ildə Cənubi Qafqazda sülhə mane olmaqdan başqa bir şey etməyib. Görünür, o, son nəfəsinə qədər antaqonist uğursuzluq rekordunu saxlamaq istəyir”.
Xatırladaq ki, Ermənistan və ABŞ arasında strateji sənəd imzalanıb. Sənəd ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Qrupunun Ermənistan sərhədinə göndərilməsini ehtiva edir. ABŞ-ın dövlət katibi Entoni Blinken komandanın missiyasının Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılması olduğunu bildirib.
Roza Şəfiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 16 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















