Icma.az
close
up
RU
Baydenin Azərbaycanla Ermənistanı sülhə çağırmaqda məqsədi nədir? Elxan Şahinoğlu ilə müsahibə KONKRET

Baydenin Azərbaycanla Ermənistanı sülhə çağırmaqda məqsədi nədir? Elxan Şahinoğlu ilə müsahibə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Qərbin antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməkdədir. Məsələ burasındadır ki, bütün zamanlarda Ermənistanı dəstəkləyən Qərb dövlətləri ölkəmizə münasibətdə ikili standartlardan çıxış ediblər. ABŞ-nin Ermənistana olan xüsusi sevgisi isə regionda sülhü əngəlləyir və yeni reallıqlar yaradır. Bu gün ABŞ prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasında münasibətlərə toxunulur və tezliklə Ermənistanla sülh bağlamaq tövsiyə olunur.

Məsələylə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu KONKRET.az-a müsahibə verib.

-Bayden iki ölkə arasında münasibətlərdən danışır və sülh müqaviləsinin imzalanmasını tezləşdirmək istəyir. Ermənistan isə hələ də Azərbaycanın şərtlərini qəbul etməyib. Baydenin bu məsələlərdən xəbəri yoxdur?

-Əslində ABŞ prezidentinin də, Dövlət Departamentin də Azərbaycanın şərtlərindən xəbərləri var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan qarşısında iki əsas şərtimiz var.  Bunlardan biri Ermənistanın mövcud olmayan ATƏT-in Minsk qrupundan imtina etməsidir. İkinci əsas şərt isə Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd və ya bəndlər çıxarılmalıdır. Minsk qrupuyla bağlı ola bilsin Paşinyan geri addım atmağa hazırdır. Bu haqda o, 31 avqustda keçirilən mətbuat konfransı zamanı bildirmişdi. Amma konstitusiyayla bağlı konkret fikri yoxdur. Ermənistan baş naziri bunu uzatmağa çalışır. Gah 2026, gah da 2027-ci ildə keçiriləcək referendumdan danışırlar. Amma biz bu qədər gözləyə bilmərik. Əgər ermənilər konstitusiyadakı həmin bəndi dəyişməsələr, sülh sazişini imzalamaq mümkün olmayacaq. Bunu ABŞ-nin rəsmi qurumları da bilməmiş deyillər. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhdə bu qədər  maraqlıdırsa, onların edəcəyi bir iş qalır. Amerikalılar Paşinyana anlatmalıdırlar ki, konstitusiyada dəyişiklik mütləq mənada lazımdır.

 – Bəs şərtlərin yerinə yetirilməməsindən xəbərdar olan Bayden iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında niyə canfəşanlıq edir?  

-Bilirsiniz ki, gələn ay ABŞ-də prezident seçkiləri keçiriləcək. Bayden özü seçkidə iştirak etməsə də, administrasiya seçkilərdə Kamala Harrislə təmsil olunur. İndi bütün komanda Harrisin seçilməsi üçün çalışır. Ona görə seçki öncəsi onlara xarici siyasətdə uğur hekayəsi lazımdır. Azərbaycanla Ermənistan arasında bu müddət ərzində nəsə imzalansa, bunu öz adlarına yazacaqlar. Bunu Kamala Harrisin reytinqinə müsbət təsir edəcəyini düşünürlər. Amma bu, bizim problem deyil. Bu onların öz problemləridir. Əgər Amerika sülh istəyirsə, görəcəyi iş çoxdur. Bakıya göndərdiyi nümayəndə İrəvana gedib Paşinyanı başa salmalıdır ki, Azərbaycanın şərtlərini qəbul etsin.

 -Bu məktub Azərbaycan tərəfində hansısa yumşalmalara səbəb ola bilərmi?

-Azərbaycan-Amerika münasibətlərində ciddi suallar olsa da, dialoq da davam edir. Hər halda Fransa kimi bütün körpülər yandırılmayıb. Amerikalılar dialoqu davam etdirirlər. Enerji təhlükəsizliyi siyasətində Bakı ilə dialoq mövcuddur. Yumşalmaya gəldikdə isə Amerika Konqresinin antiazərbaycan mövqeyi, 907-ci düzəlişin yenidən qüvvəyə mindirmələri münasibətlərə kölgə salan elementlərdir.

 -Bu məktubda Amerikanın Azərbaycan siyasətində istiləşmə siyasəti hiss olunmur ki?

– İstiləşmə sözdə olmur. Bunun üçün konkret addımlar atılmalıdır. Konkret addımlar deyəndə nəyi nəzərdə tuturuq. ABŞ Konqresi antiazərbaycan siyasətini durdurmalıdır. Dövlət Departamenti xarici siyasətinə korrektə etməlidir. Amerika Ermənistanla hərbi təlimlərinin hansı məqsəd güddüyü barədə  Azərbaycana izahat verməlidir. Bütün bu addımlar atılmayana qədər istiləşmədən danışmaq tezdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri