Icma.az
close
up
RU
Elxan Şahinoğlu: “Suriyanın ikinci İraqa çevrilmə təhlükəsi var” KONKRET

Elxan Şahinoğlu: “Suriyanın ikinci İraqa çevrilmə təhlükəsi var” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəşər Əsəd rejimi devrildikdən sonra bölgəyə maraq daha da çoxalıb. İndi Suriyada marağı kəsişən dövlətlərin sayı da artıb. Hər kəs öz payını almağa çalışır. Bu, çox güman ki, ikinci mərhələdə baş verəcək. Bəs Suriyada ikinci mərhələ hansı ssenari üzrə davam edəcək.

KONKRET.az-ın suallarını cavablandıran “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Suriyada ikinci mərhələnin necə olacağı bir çox dövlətləri dərindən düşündürür:

“Əsəd rejimi yıxıldı, indi əksər suriyalılar sevinirlər. Amma gələcək təhlükəlrərdən də sığortalanmayıblar. Suriya İraqa da bənzəyə bilər, daxili quruluşları da oxşardır. İraqda  2003-cü ildə Səddam Hüseyn rejimi devrildi, Dəməşqdə olduğu kimi heykəllər yıxıldı. Düşünülürdü ki, İraq çiçəklənəcək, problemlər həll olunacaq. Amma İraqda yenidən toqquşmalar başlandı. ABŞ qoşunlarının daxil olmasına rəğmən terrorçu qruplar formalaşdı, İŞİD məhz İraq ərazisində yarandı. İraq indiyə qədər özünün ərazi bütövlüyünü tam təmin edə bilməyib. Həyat şəraiti də aşağı səviyyədədir. İndi Suriyanın ikinci İraqa çevrilməsi təhlükəsi qalır. Suriya üçün ən ideal variant bu olardı ki, bütün təbəqənin dəstək verdiyi bir hökumət formalaşardı. Amma bunun belə olacağına dair Yaxın Şərqdə müsbət  nümunələr çox azdır. Üstəgəl Suriya ərazisindəki otuza yaxın silahlı qruplaşmanın hamısını tərkisilah etmək lazımdır. İndidən onların dağıdılmasına dair fikir bildirmək də çətindir. PKK, YPG, PYD-nin silahlı dəstələri təmizlənməlidir. Üstəgəl də, Suriyada bir çox dövlətin marağı kəsişir. Rusiya, İran, Türkiyə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin hərəsinin öz maraqları var. Bu da Suriyada problemlərin həllinə mane olan əngəllərdən biridir. Üstəgəl Türkiyəyə çox böyük yatırımlar lazım olacaq ki, infrastruktur bərpa edilsin. Suriya ərazisində hər şey dağılıb. 13 il davam edən müharibə Suriyanı darmadağın edib. Bütün bunları bərpa etmək üçün Suriyanın öz resursları bəs etməyəcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri