Baydenin səhhəti AĞIRLAŞDI: Xərçəng sümüklərə və digər orqanlara yayıldı
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden atasının səhhəti ilə bağlı yeni məlumat açıqlayıb.
Hurriyyet.Media xəbər verir ki, o, “BBC News”a müsahibəsində 83 yaşlı keçmiş prezidentin əziyyət çəkdiyi xərçəng xəstəliyinin sümüklərə və digər orqanlara yayıldığını, bunun isə güclü ağrılara səbəb olduğunu və ümumi vəziyyətini daha da pisləşdirdiyini bildirib.
“Bu, çox ağırdır. Onun əziyyət çəkdiyini görmək çox kədərlidir”, - deyə Hunter Bayden etiraf edib.
O, xəstəliyin “sümüklərə və daha da irəliyə metastaz verdiyini” qeyd edib.
Hunter atasının vəziyyətini “çox ağrılı” və “taqətdən salan” kimi xarakterizə edib.
Hunter Bayden atasının ailənin “mərkəzi” olduğunu vurğulayıb və onu ən yaxşı ata, həyat yoldaşı və baba adlandırıb.
“Atamın səhhəti ilə bağlı hazırda deyə biləcəyim yeganə şey odur ki, kaş o, daha çox şikayət edəydi”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2025-ci ildə Co Baydenə sümük toxumasına metastaz vermiş aqressiv prostat xərçəngi diaqnozu qoyulub.
Xəstəliyin sürətlə inkişaf etməsinə baxmayaraq, şişin hormonlara həssas olduğu müəyyənləşib və bu da effektiv müalicə imkanlarının olduğunu göstərib.
Daha əvvəl Baydenin səhhətinin nəzərəçarpacaq dərəcədə zəiflədiyi barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 28 Avqust 2026 05:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















