Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Oksfordşirdə yerləşən keçmiş Bicester hərbi bazasının ərazisində sığınacaq axtaran şəxslərin müvəqqəti yerləşdirilməsi planını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” telekanalı ölkənin Mənzil, İcmalar və Yerli Özünüidarəetmə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, nazir Angela Rayner keçmiş hərbi bazanın ərazisindəki anbarın müvəqqəti və mərhələli şəkildə istifadəsinə icazə verib. Müəssisədə Böyük Britaniyaya qanunsuz yollarla daxil olmuş 1300 sığınacaq axtaran şəxsin yerləşdirilməsi nəzərdə tutulur.
Məlumata görə, 2018-ci ildən bəri 215 mindən çox miqrant qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub.
Sığınacaq müraciətlərinə baxıldığı müddətdə miqrantların xüsusi mərkəzlərdə yerləşdirilməsi nəzərdə tutulsa da, bu cür müəssisələrin sayı mövcud tələbatı ödəməyə kifayət etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Noyabr 2026 05:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















