Bayraktar: Elektrik enerjisinin Azərbaycandan Türkiyəyə və Avropaya nəqli üzrə iş aparılır
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə və buradan Avropaya nəqli üzrə iş aparılır".
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib
Onun sözlərinə görə, bu, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan arasında işlənib hazırlanan layihədə nəzərdə tutulub:
"Bir neçə gündən sonra Cənub Qaz Dəhlizinin illik iclaslarında biz dörd ölkə olaraq saziş imzalayacağıq. Qeyd etdiyimiz dörd boru kəmərinə elektrik ötürücü xətləri də əlavə edilir".
Nazir vurğulayıb ki, Türkiyə Avropaya ixrac edilən Azərbaycan qazının həcmini iki dəfə artırmağa hazırdır: "2027-ci ilə qədər Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmini iki dəfə artırmağa yönəlmiş infrastruktur hazırdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Aprel 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















