Icma.az
close
up
RU
Bazarda hər satış nöqtəsində elektron tərəzi və post terminal qurulmalıdır Ekspertdən TƏKLİF

Bazarda hər satış nöqtəsində elektron tərəzi və post terminal qurulmalıdır Ekspertdən TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son zamanlar ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bazar satıcıları ortaq bir şikayəti dilə gətirirlər: "Meyvə çoxdur, amma alan yoxdur". Ənənəvi olaraq daha münasib qiymətlərlə məhsul təqdim edən bazarlar, bu gün artıq marketlərlə demək olar ki, eyni qiymət səviyyəsində fəaliyyət göstərir.

Bəs bu vəziyyətin əsas səbəbləri nədir? Niyə qiymətlər bazarda da yüksəlib və nə üçün bolluq olduğu halda satış zəifdir?

Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, Azərbaycanda bazar mexanizmi düzgün qurulmayıb:

"Alıcının sərbəst seçim imkanı yoxdur, məlumat panosu mövcud deyil. Çəkidə aldadılma halları müşahidə olunur, lakin nəzarət sistemi qurulmayıb və alıcının orada dərhal şikayət edə biləcəyi bir qurum və ya yer fəaliyyət göstərmir. Qiymətləri böyük mağaza şəbəkələri ilə müqayisə etdikdə situasiya tamam fərqlidir. Alıcı istədiyi miqdarda məhsul götürə bilir, elektron tərəzidən istifadə olunur, istədikdə kartla ödəniş edə bilir, ƏDV-ni geri alma imkanı var. Belə şəraitdə istehlakçı niyə bazardan alış-veriş etsin? Üstəlik, bazarlarda hökm sürən bərbad antisanitariya şəraiti də bu mənzərəni daha da ağırlaşdırır. Halbuki mövcud olmalı sistem tamamilə fərqlidir. Bazarın girişində elektron məlumat panosu yerləşdirilməli, satışda olan məhsulların qiymətləri ən ucuzdan ən bahaya qədər orada əks olunmalıdır. Sanitar qaydalara riayət edilməli, satıcılar xüsusi geyim formasında olmalı və yaxalarında ad-soyad yazılmış nişan olmalıdır".

Ekspert qeyd etdi ki, bazarda hər satış nöqtəsində elektron tərəzi və post-terminal qurulmalı, alıcının sərbəst seçim hüququ təmin edilməlidir.

"Əgər çəkidə uyğunsuzluq aşkarlanarsa, həmin satıcının bazarda fəaliyyətinə dərhal xitam verilməlidir. Bundan əlavə, bazarlara nəzarəti müvafiq ərazi üzrə bələdiyyələr həyata keçirməlidir. Eyni zamanda bazar daxilində şikayət və nəzarət köşkü yaradılmalıdır. Azərbaycan dünyaya inteqrasiya yolundadır, lakin bazarların vəziyyəti hələ də inkişaf etməmiş ölkə səviyyəsində qalır. Digər bir məsələ isə alıcı qıtlığı ilə bağlıdır. Əvvəllər alıcılar minimum bir kiloqram məhsul alırdısa, indi sayla almağa üstünlük verirlər. Bunun əsas səbəblərindən biri kimi yuxarıda sadalanan problemlər fonunda istehlakçıların böyük marketlərə üz tutması göstərilə bilər", - deyə Günay Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri