Ceyranbatanda usta iş yerində ölüb YENİLƏNİB
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İri Şəhərlərin Su Təchizatı QSC Ceyranbatanda meyit aşkar edilməsi barədə yayılan xəbərə münasibət bildirib.
İri Şəhərlərin Su Təchizatının Mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada deyilir ki, yayılan xəbər doğru təqdim edilməyib:
"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib".
***
saat 10:30
Abşeronda meyit tapılıb.
Lent.az xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gölün ərazisində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















