Icma.az
close
up
RU
Bazarlar əhalinin zəhərləndiyi yerlərdir EKSPERT

Bazarlar əhalinin zəhərləndiyi yerlərdir EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Vətəndaşlar çox zaman evlərinə zənbil dolusu zəhər daşıdıqlarının fərqinə varmır 

Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilir ki, yoxlama Agentlik tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində aparılıb.

Nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirildiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, istehlakçı hüquqlarının ən çox pozulduğu yer məhz bazarlardır: 

- Bazarlar əhalinin zəhərləndiyi yerlərdir. Bazarlarda il boyu əhalini zəhərləyirlər. Antisanitar şəraitdə satılan müxtəlif qida məhsullarını alan vətəndaşlar evlərinə zənbil dolusu zəhər daşıdıqlarının fərqinə varmır çox zaman. Paytaxtın “Yaşıl bazar”ında hər cür məhsul satılır. Buraxılış tarixi, son istehlak tarixi qeyd edilməmiş kisə dolusu ərzaqlar satışdadır. Yalnız bir müsbət cəhət var ki, o da balıq bazarının “Yaşıl bazar”da müasir tələblərə uyğun, nümunəvi şəkildə təşkil edilməsidir. Amma illərlə insanları zəhərləyən “8-ci kilometr” bazarı da mövcuddur. Başdan-ayağa antisanitariyadır ora. AQTA-nın həyata keçirdiyi yoxlama çox-çox gec olsa da, zəruri addımdır. Amma əlbəttə, kafi deyil. Bir dəfə yoxlama keçirilir, cərimə yazılır, məhsullar satışdan çıxarılır, ertəsi gün eyni vəziyyət yenə təkrar olunur. Sabah gedin o bazara, eyni vəziyyəti yenə görəcəksiz. Bu bazarda heç nə düzəlmir, nəsə dəyişmir. Bazar sahibinə böyük məbləğdə cərimə tətbiq edilməlidir, çünki anormal vəziyyətin yaranmasına göz yuman odur. Regionlarda da eyni hallar baş verir. İnsanlar elə bilir ki, zəhərlənmə dedikdə yediyi tikə nəzərdə tutulur. Bu, son nəticədir. Səbəblərsə çoxdur. Çirklənmiş məhsul, qida bazardan evə gətirilirsə, zəhərlənmə başlayır artıq. İnsanlarımız haradan nə aldıqlarına, ərzağın keyfiyyətinə diqqət etməlidirlər. Ucuzdur deyə, bu cür antisanitar vəziyyətdə olan bazarlardan, yolüstündə ərzaq almaq olmaz, təhlükəlidir. Yaxşı olar ki, AQTA bu cür yoxlamaları mütəmadi həyata keçirsin və bazar sahibləri, orada satışla məşğul olanlar da cərimələnsin, ciddi şəkildə cəzalandırılsın. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri