Icma.az
close
up
RU
Bazarlarla bağlı qanunvericiliyə dəyişiklik edilir Sahibkarları nə gözləyir?

Bazarlarla bağlı qanunvericiliyə dəyişiklik edilir Sahibkarları nə gözləyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bununla bağlı məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb. Açıqlamada qeyd olunub ki, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir. Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Kiçik sahibkar və icarəçilər üçün bu dəyişikliklərin hansı üstünlükləri və riskləri var? Bu tələblər icarə haqlarına təsir göstərəcək?

Qaynarinfo xəbər verir ki, Valyuta.az-ın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli bildirib ki, bu qanunvericiliyin dəyişdirilməsinin bazarlarda fəaliyyət göstərən icarədar mikro sahibkarlara bir neçə əsas təsiri olacaq:

"İlk növbədə mikro sahibkarlar artıq bazarlarda fəaliyyət göstərmək üçün vergi orqanında qeydiyyatdan keçməlidir. Bu, onların rəsmi vergi ödəyicisi kimi uçota alınmasını tələb edir. Əgər qeydiyyatdan keçməsələr, fəaliyyət göstərməyi mümkün olmayacaq. Eyni zamanda uçota alınma prosesi bəzi sahibkarlar üçün əlavə sənəd işi və vaxt tələb edə bilər. Bazar mülkiyyətçiləri də bu məlumatları rübdə bir dəfə vergi orqanına təqdim etməlidirlər ki, mikro sahibkarlar üçün əlavə koordinasiya lazım olacaq”.

Ekspert deyir ki, rəsmi uçota alınmaq mikro sahibkarlara qanuni fəaliyyət imkanı verir, gələcəkdə isə maliyyə imkalarını artıracaq:

"Uçotsuz fəaliyyətin qarşısı alındığı üçün cərimə və ya bazardan çıxarılma riski azalır. Bununla yanaşı mikro sahibkarların bazar obyektinə ödənişləri rəsmi sənədləşdiriləcək. Bu, onların gəlirlərinin və maliyyə hesabatlarının şəffaf olmasına səbəb olur, gələcəkdə kredit və ya subsidiya kimi imkanları artıra bilər. Bəzi mikro sahibkarlar üçün uçota alınma və rəsmi sənədləşmə maliyyə və vaxt baxımından çətinlik yarada bilər. Lakin orta və uzun müddətdə bu, fəaliyyətin sabitliyini və qanuni statusunu gücləndirəcək. Yəni, mikro sahibkarlar qısa müddətli inzibati və maliyyə yükü ilə üzləşə bilər, lakin qanuni uçot və rəsmi sənədləşmə onların bazarda fəaliyyətini təhlükəsiz və davamlı edəcək, həmçinin gələcəkdə maliyyə imkanlarını artıracaq”.

 Qanuna edilən dəyişikliyin mikro sahibkarların fəaliyyətinə təsirlər haqqında da danışan Akif Nəsirli bildirib ki, qısa müddətdə müəyyən problemlər yaransa da, uzun müddətli dövürdə isə onlara, fəaliyyətlərinə müəyyən faydalar vermiş olacaq:

"Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklər bazarda fəaliyyət göstərən mikro sahibkarların gündəlik həyatına təsiri konkret nümunələrlə izah edək. Əvvəl mümkün müsbət təsirləri qeyd edək. Məsələn, meyvə-tərəvəz satışı ilə məşğul olan kiçik satıcı uçota alınırsa, artıq "qanunsuz fəaliyyət” riski daşımır. Polis və ya digər qurumlar tərəfindən cərimələnmə ehtimalı azalır. Rəsmi status ona gələcəkdə dövlət dəstəyi (subsidiyalar, güzəştli kreditlər və s.) əldə etmək imkanı verəcək. Əvvəllər bəzi bazarlarda icarə ödənişləri "əlbəəl” və qeyri-rəsmi alınırdı. İndi müqavilələr və ödənişlər rəsmiləşəcək. Bu da sahibkarın hüquqlarını qoruyacaq - məsələn, bazar rəhbərliyi icarə haqqını səbəbsiz artıra bilməyəcək, çünki müqavilə və vergi uçotu tələb olunacaq. Rəsmi uçot sahibkara gəlirlərini sübut etmək imkanı verəcək. Bu da gələcəkdə bankdan kredit almaq və ya dövlət dəstək proqramlarına qoşulmaq üçün ciddi üstünlükdür. Mümkün mənfi təsirlər və risklərə gəlincə, uçota alınan mikro sahibkar vergi öhdəlikləri ilə üzləşəcək. Məsələn, əvvəl yalnız icarə haqqı ödəyən bir çörək satıcısı indi əlavə olaraq sadələşdirilmiş vergi (gəlirin 2%-i və ya digər mexanizm) ödəməli ola bilər. Bəzi mikro sahibkarların (xüsusilə yaşlı və ya hüquqi prosedurlarla tanış olmayanların) vergi qeydiyyatı, hesabat təqdimatı kimi məsələlərdə çətinliyi ola bilər. Bu səbəbdən bəziləri fəaliyyətini davam etdirməkdən imtina edə bilər. Əvvəllər rəsmi qeydiyyatdan yayınaraq aşağı xərc ilə işləyən satıcıların xərci artacaq. Bu isə bazarlarda bəzi məhsulların qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Qısa müddətdə mikro sahibkarlar üçün əlavə bürokratiya və xərclər yaranacaq, bəzi satıcılar bazarı tərk edə bilər. Uzun müddətdə isə qanuni fəaliyyətin güclənməsi, icarə haqlarının şəffaflaşması və dövlət dəstəyi imkanlarının artması mikro sahibkarlara fayda verəcək. "Sədərək" və "8-ci kilomert" bazarlarında fəaliyyət göstərən bir neçə mikro sahibkar arasında apardığımız sorğuya görə bazarlarda yeni qüvvəyə minən qanuna uyğunlaşma üzrə addımlar hələ atılmağa başlamayıb. Qanunun tələblərinə görə 01 oktyabr 2025-ci il tarixdən sonrakı altı ay ərzində bazarlarda fəaliyyət göstərən sahibkar vergi uçotuna durmalıdır. Yəni sahibkarları 01 oktyabr tarixindən sonra vergi uçotuna durmaq üçün hələ yarım il vaxtı olacaq”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri