Icma.az
close
up
RU
BCM ni tərk edən 3 cü ölkə...

BCM ni tərk edən 3 cü ölkə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Budapeşt bu məhkəmənin Nizamnaməsini qəbul etməyib

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edib - qeyd edək ki, aprelin 29-da Macarıstan parlamentində ölkənin BCM-in üzvlüyündən çıxması ilə bağlı qərar qəbul edilib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “X” sosial şəbəkəsində qeyd edib ki, BCM öz qərəzsizliyini və etibarını itirdiyinə və siyasiləşmiş instituta çevrildiyinə görə, Budapeşt bu qurumu tərk etmək qərarına gəlib. Xatırladaq ki, Macarıstan parlamentində BCM-ni tərk etməklə bağlı məsələ keçən ayın əvvəlində müzakirəyə çıxarılıb. Həmin zaman Macarıstan Baş nazirinin aparat rəhbəri Qergeli Qulyaş jurnalistlərə açıqlamasında bildirmişdi ki, digər BCM üzvü olan ölkələrdən fərqli olaraq, Macarıstan heç vaxt bu məhkəmənin nizamnaməsini qəbul etməyib -o, bunu Roma statutunun Macarıstanın daxili qanunvericiliyinin tərkib hissəsi olmaması ilə əsaslandırıb: “Bizim aydın hüquqi mövqeyimiz ondan ibarətdir ki, Macarıstanda BCM-nin Nizamnaməsinə əsasən heç kim həbs edilə və burada heç bir şəxsə qarşı hər hansı bir “proses” başlana bilməz”, - deyə Q.Qulyaş Budapeştin Beynəlxalq Cinayət Məhkəməsinin siyasiləşmiş instituta çevrildiyi üçün daha məhkəminin üzvü olmaq istəmədiyini vurğulamışdı.

BCM-ni tərk edən ölkələr

Macarıstandan əvvəl Burundi (2017) və Filippin BCM-in üzvlüyündən çıxıblar. Macarıstan qurumu tərk edən üçüncü ölkədir. Bəzi mənbələrin məlumatlarına görə, həm Brundinin, həm də Filippinin BCM-ni tərk etməsinin səbəbi qurumun həmin ölkələrdə törədilən cinayətlərə düzgün hüqiqi qiymət verməməsi olub.

Tərk etmə prosesi hansı halda mümkündür?

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 127-ci maddəsinə görə, BCM-yə üzv olan istənilən ölkə qurumu tərk edə bilər. Lakin BCM-in üzvlüyündən çıxmaq yalnız bu halda mümkündür; Üzv ölkənin rəhbərliyi əvvəlcə BMT-nin Baş katibinə məktub ünvanlamalı və məktubda üzvlükdən çıxmanın səbəbləri qeyd olunmalıdır. Bir il ərzində BMT-nin Baş Katibliyində həmin ölkənin müraciətinə baxılır və yekun qərar qəbul edilir. Üzvlükdən çıxarılma ilə bağlı qərar yalnız bir ildən sonra qüvvəyə minir. Roma Statutun 127-ci maddəsində, həmçinin vurğulanır ki, hər hansı ölkə BCM-ni tərk etsə belə, cinayətlərin araşdırılması istiqamətində Roma Statutundan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

BCM-in təsir mexanizmləri yetərli deyil

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BCM mühakimə edən təşkilat olsa da, qurumun o qədər güclü və yetərli təsir mexanizmləri yoxdur; “BMT Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderlərini icra edə bilməz, çünki onun 193 üzvündən hamısı məhkəməni tanımır.  Digər ölkələrin köməyindən asılı olan BCM-in indiyədək effektiv mexanizmləri olmayıb.  Məsələn, məhkəmə 2023-cü ilin yazında Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Putin Rusiyada həbs oluna bilməz və o, ölkəsini tərk edib Roma statutunu qəbul edən ölkənin ərazisinə səfər etdiyi halda həmin ölkənin hökuməti onu həbs edib Haaqa məhkəməsinə verə bilər. Nəzərə alaq ki, Putin onu həbs edəcək ölkələrə səfər etməyib. Buna görə də bu həbs orderinin həyata keçməsi hələ ki, mümkünsüz görünür.

İllik büdcəsi 160 milyon dollar olan BCM indiyədək cəmi  40 iş üzrə qərar verib və 10 nəfər haqqında hökm çıxarıb. Məhkəmə Sudanın keçmiş lideri Ömər əl-Bəşir və Liviyanın öldürülən prezidenti Müəmmər Qəddafinin həbsinə order verib. Məhkəmənin əsas problemlərindən biri onun institusional polis qüvvələrinin olmamasıdır. Həbs qərarı olan şəxslərin BCM-yə gətirilməsi ilə bağlı problemlər var. Bəzi üzv dövlətlər məhkəminin orderlərini yerinə yetirməkdən çəkinir və məhkəmə ilə əməkdaşlıq etmirlər. Əl-Bəşir, Putin, Netanyahu haqqında həbs qərarının icra olunmaması buna gözəl nümunədir”.

Macarıstan öz qərarında haqlıdır

Politoloq Tural İsmayilov qəzetimizə açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi bu günə qədər dünyanın müxtəlif ölkələrində insanlıq əlehinə törədilən bir sıra cinayətlərə düzgün hüquqi qiymət verməyib; “Son zamanlar BCM-in atdığı addımlar bu qurumun nə dərəcədə siyasiləşmiş təşkilata çevrildiyini deməyə əsas verir. Bu günə qədər BCM bir çox ölkələrə qarşı münasibətdə qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyib və yalnış addımlar atıb. Bu da qurumun fəaliyyəti ilə bağlı narazılığın artmasına gətirib çıxarıb. Bütün bunları nəzərə alan Macarıstan hökuməti də çox düzgün və doğru qərar verib. Avropa İttifaqının Macarıstana təzyiqlərinə rəğmən, Budapeştin BCM-ni tərk etməklə bağlı qərar qəbul etməsi bu ölkənin nə qədər güclü və haqlı mövqedə olduğunu göstərir. Eyni zamanda, Budapeştin bu addımı bir daha onu sübut etdi ki, BCM-in qərarlarından özlərinin çirkin məqsədləri üçün istifadə edən dövlətlər uğur qazana bilməzlər. Onu da qeyd edim ki, BCM müharibə cinayətləri ilə bağlı qərarlarında və dövlətlərə qarşı münasibətində qərəzsiz, əldalətli və obyektiv yanaşmadan çıxış etməlidir”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 May 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri