Icma.az
close
up
RU
Nazir: Türkiyənin COP31 in keçirilməsinə namizədliyi ilə bağlı qərar yaxın vaxtlarda açıqlanacaq

Nazir: Türkiyənin COP31 in keçirilməsinə namizədliyi ilə bağlı qərar yaxın vaxtlarda açıqlanacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 19 noyabr, AZƏRTAC

Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı Ankara fəal danışıqları davam etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Braziliyada keçirilən COP30 çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bəyan edib.

Nazirin sözlərinə görə, məsələ COP31-ə ev sahibliyi etməyə namizədliyini irəli sürmüş müxtəlif ölkələrlə, o cümlədən Avstraliya ilə də geniş müzakirə olunur.

“COP31 mövzusu Braziliya və Azərbaycan nümayəndələri ilə görüşlərin gündəliyinə də daxil edilib. Türkiyənin namizədliyinin bərabərhüquqlu və ədalətli qiymətləndiriləcəyinə ümid edirik. Müzakirələrin nəticələri tezliklə açıqlanacaq”, – deyə türkiyəli nazir bildirib.

M.Kurum qeyd edib ki, ekoloji dəyişikliklər problemi artıq dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilib. “Ankara 2053-cü ilə qədər atmosferə buraxılan zərərli tullantıların sıfırlanmasına səmimi şəkildə səy göstərir. Türkiyənin iqlim böhranına qarşı mübarizədə qətiyyəti dəyişməzdir”, – deyə o vurğulayıb və bu məsələnin Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Konfransında da fəal müzakirə olunduğunu qeyd edib.

Türkiyəli nazir inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə daha fəal maliyyə dəstəyi almasının vacibliyini də xüsusi vurğulayıb.

Bu arada M.Kurumun sosial şəbəkə səhifəsində Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un sədri Muxtar Babayevlə görüşdən foto paylaşılıb. M.Kurum Ankaranın və Bakının ekologiya sahəsində fəal əməkdaşlığının davam edəcəyinə ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri