Icma.az
close
up
RU
BDU da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi üzrə ilk tədbir keçirilib

BDU da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi üzrə ilk tədbir keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir. Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətlər üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir. Bu istiqamətdə ilk vorkşop aprelin 16-da Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən rektor Elçin Babayev “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin BDU-da keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O diqqətə çatdırıb ki, torpağın, suyun, təbiətin qorunaraq, ağıllı üsullarla idarə olunması günün əsas tələblərindəndir. “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi də bu çağırışlara cavab verməyi hədəfləyir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf, innovasiyalar və aqrar sektorun müasirləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu siyasətin hədəfi rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdan, süni intellekti və rəqəmsallaşmanı iqtisadi inkişafın əsas təkanverici qüvvəsinə çevirməkdən ibarətdir. BDU da bu prosesin fəal iştirakçısıdır. Süni intellekt, aqrar texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərində aparılan elmi-tədqiqat işləri, universitetdə formalaşan intellektual mühit, müasir laboratoriyalar və təcrübə bazaları bu layihənin effektiv icrasına töhfə verəcək. BDU-nun tələbə və müəllimləri aqrar innovasiya xarakterli layihələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi qrant müsabiqələrinin dəfələrlə qalibi olublar.

İstanbulda keçirilmiş “TEKNOFEST 2023”də BDU-nun “Humantek” komandası tərəfindən hazırlanmış “Ağıllı damla sulama sistemi” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında III yerə layiq görülüb. Adanada keçirilmiş “TEKNOFEST 2024”də isə BDU-nun “ESST-6” komandası aqrar sahəyə inteqrasiya oluna bilən ətraf mühitə uyğun ağıllı monitorinq sistemi ilə final mərhələsinə yüksəlib və III yerə layiq görülüb. BDU tələbələri tərəfindən hazırlanmış “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” layihəsi “TEKNOFEST 2025”in Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bu, BDU-da aqrar innovasiyalara yönəlmiş tədris və tədqiqat mühitinin formalaşdığını təsdiqləyir”.

Rektor bildirib ki, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ölkənin innovativ gələcəyini formalaşdırmaq üçün mühüm addımdır. Bu təşəbbüs ölkəmizin aqrar sektorunun intellektual əsaslarla inkişafına, ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın dərinləşməsinə və gənclərin potensialının reallaşmasına xidmət edəcək, ağıllı kənd təsərrüfatına gedən yolda mühüm mərhələ olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov elmi tədqiqatların, innovasiyaların kənd təsərrüfatında öz əksini tapmasının, elmi biliklərin kommersiyalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, BDU-dan bu sahədə gözləntilərin böyük olduğunu vurğulayıb. O, layihə çərçivəsində süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında aprelin 28-29-da Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp”ın təşkil ediləcəyini diqqətə çatdırıb. “Bootcamp”ın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir. Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandaların təklif etdikləri ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.

“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” direktoru Vüsal Rüstəmov çıxışında belə layihələrin süni intellektin iqtisadiyyata effektiv tətbiq olunmasına təkan verəcəyini qeyd edib. O bildirib ki, ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun süni intellekt sahəsində böyük potensialı var. Özəl sektor bu potensialdan geniş istifadə edə bilər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının, aqrar sahədə fəaliyyət göstərən iri aqroparkların rəhbər və mütəxəssisləri, gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərən innovasiya, o cümlədən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri də iştirak ediblər.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, “Şabran -D” MMC-nin direktoru Şöhrət Məmmədov, “Agro Systems” MMC-nin direktoru Köçəri Məmmədov, “Grow Group Azerbaijan” MMC-nin baş aqronomu Emin Kara, Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Ruslan Zeynal, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışlarında kənd təsərrüfatında avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqinə dair fikirlərini bildirib, təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə iştirakçıları tanış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri