BDU da “Gələcək üçün bacarıqlar” layihəsi barədə infosessiya keçirilib FOTOLAR
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV “Tusi” inkubasiya proqramı ilə bağlı infosessiya keçirilib. SİA xəbər verir ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib.
İnnovasiyalar Mərkəzi direktorunun müşaviri Ləman Əhmədova IV “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, Mərkəz tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahələrinə yönləndirilməsidir. IV “Tusi” inkubasiya proqramı tələbələrə peşəkar dəstək, təlimlər və geniş mentor şəbəkəsi təqdim edir.
Daha sonra proqram haqqında videoçarx təqdim edilib, tələbələrin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















