Icma.az
close
up
RU
BDU da nə dəyişəcək? Kadr islahatı, imtahan sistemi…

BDU da nə dəyişəcək? Kadr islahatı, imtahan sistemi…

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib.

O qeyd edib ki, universitetdə kadr dəyişikliklərinin davam edəcək.

"Prezidentin müvafiq sərəncamına uyğun olaraq, Məleykə Abbaszadə artıq Bakı Dövlət Universitetinin rəhbəri təyin olundu. Bakı Dövlət Universitetində təqdimat mərasimindən sonra prorektor dəyişdirildi. Mən düşünürəm ki, daha bir neçə kadr dəyişikliyinə gediləcək və gedilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük ali təhsil ocağıdır.

Bakı Dövlət Universiteti Azərbaycanın köklü ali təhsil ocaqlarındandır. Universitet həm tələbə kontingenti, həm də müəllim sayı baxımından çox böyük potensiala malikdir. Bu universitetin adının bəzi hallarda korrupsiya ilə bağlı hallanması, vətəndaş olaraq məni çox kədərləndirir. Düşünürəm ki, bu, orada təhsil alanları və valideynləri də müəyyən qədər incidən, narahat edən məqamlardan biridir”.

Nurəliyev hesab edir ki, Abbaszadə BDU-da korrupsiya ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün öncə imtahan sistemini yeniləməyə və qiymətləndirmədə şəffaflığı artırmağa çalışacaq.

"İllər ərzində digər universitetlərdə bu korrupsiya hallarına son qoyulmasına baxmayaraq, Bakı Dövlət Universitetində onların hələ də davam etdiyi qeyd olunurdu. Düşünürəm ki, Məleykə xanımın ora gəlməsi bu hala tamamilə son qoyacaq. Çünki Məleykə xanımın adının keçdiyi yerdə korrupsiyadan söhbət gedə bilməz. Məleykə xanım bu zamana qədər Dövlət İmtahan Mərkəzində şəffaflığı, dürüstlüyü, doğruluğu və obyektivliyi ilə seçilən bir kadr olub”.

Ekspert yeni rektorun Dövlət İmtahan Mərkəzindəki təcrübəsinə əsaslanaraq BDU-da müasir imtahan modeli tətbiq edəcəyini gözləyir.

"Hesab edirəm ki, imtahan modelinin dəyişdirilməsi mütləqdir. Müasir və şəffaf imtahan modeli tətbiq olunmalıdır. Məleykə xanım Dövlət İmtahan Mərkəzindən gəldiyi üçün düşünürəm ki, müasir və şəffaf imtahan modelinin tətbiqinə səy göstərəcək. Mən elə hesab edirəm ki, ilk növbədə bu dəyişikliyi həyata keçirməyə çalışacaq”.

Nurəliyev yeni rəhbərliyin korrupsiya ilə bağlı adı hallanan müəllimlərə münasibətindən də danışıb.

"Bakı Dövlət Universitetində də artıq korrupsiya işıqlarının söndüyünə əmin ola bilərik. Yəni mən bunu sizə rahatlıqla deyə bilərəm. Orada fəaliyyət göstərən, bu zamana qədər bəlkə də korrupsiya ilə məşğul olmuş, adları korrupsiya ilə hallanmış müəllimlər, istər gizli olsun, istər açıq, fərqi yoxdur, artıq təşvişə düşüblər. Bundan sonra Məleykə xanımın rəhbər olduğu yerdə bu cür cəhdlərin olmayacağına əminəm.

Bilirlər ki, Məleykə xanım bu cür halları qətiyyən bağışlamır. Ona görə də Məleykə xanımın adının olduğu yerdə korrupsiya, demək olar ki, sıfırlanmış olacaq. Bunu çox rahatlıqla deyə bilərəm və ümidvaram ki, belə də olacaq”.

Təhsil eksperti BDU-nun elmi potensialını vurğulayıb və bəzi kafedraların gəncləşdirilməsini vacib sayıb.

"Düşünürəm ki, kadr dəyişiklikləri davam etdiriləcək və etdirilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük universitetdir, müəllim kontingenti çox genişdir və bəzi kafedraların gəncləşməsinə ehtiyac var.

Bəzi kafedralar gəncləşməlidir. Baxın, Bakı Dövlət Universiteti hər il beynəlxalq reytinq siyahılarında, xüsusilə də QS reytinqində yüksək yerlərlə təmsil olunub. Çünki Bakı Dövlət Universitetində, həqiqətən də, çox savadlı professor-müəllim heyəti var. Həm tədqiqat, həm də beynəlxalq məqalələr və araşdırmalar baxımından çox böyük potensial var. Sadəcə, universitetdə yaxşı idarəetmə yox idi və ona görə də müəyyən problemlər yaranırdı”.

Nurəliyev ixtisas seçimi zamanı bəzi abituriyentlərin BDU-ya üstünlük vermədiyini müşahidə etdiyini deyib.

"Yəni Bakı Dövlət Universiteti beynəlxalq reytinqlərdə yüksək mövqeyi ilə tanınmasına rəğmən, ölkə ictimaiyyətinin gözündə korrupsiya halları və ya tədrisin yaxşı aparılmaması ilə bağlı fikirlərə görə daha aşağı mövqedə görünürdü. Universitetin adı xoş hallanmırdı. Məsələn, ixtisas seçimi mərhələsində abituriyentlərə Bakı Dövlət Universitetini təklif edəndə, bəzi ixtisaslar istisna olmaqla, onlar bu universiteti seçməkdən daha çox yayınmağa çalışırdılar.

Halbuki Bakı Dövlət Universitetinin adı belə hər şeyə dəyər. Düşünürəm ki, Məleykə xanım ora gələndən sonra Bakı Dövlət Universiteti köklü universitet kimi öz mövqeyini göstərəcək. Hesab edirəm ki, qısa müddətdə Bakı Dövlət Universiteti sevimli universitetlər sırasına qayıdacaq. Bəzi qeyri-leqal yanaşmalar tamamilə aradan qaldırıldıqdan sonra universitetin sürətli inkişafının davam edəcəyini düşünürəm. Məleykə xanımın Bakı Dövlət Universitetini işıqlı, parlayan və yüksələn bir universitetə çevirəcəyinə inanıram”.

Ekspert rektorun kafedralardakı problemlərlə bağlı da tədbir görəcəyini gözlədiyini bildirib.

"Kafedralarda da müəyyən dəyişikliklər edəcəyinə ümidvaram. Çünki, həqiqətən də, bəzi kafedralarda müəyyən problemlər var. Məleykə xanım yəqin ki, bunları qısa müddətdə müəyyən edib və lazımi tədbirləri görəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri