Şübhəsiz, bu hər iki tərəfi qane edir Zelenski
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib.
"Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-nu qane edir. Amma hələlik NATO-da olacağıq, ya olmayacağıq, demək tezdir. Çünki bütün bunlar müharibənin nə vaxt və necə bitəcəyindən asılıdır. Şübhəsiz, Ukrayna NATO-ya daxil olmağı çox istəyir. Bizim üçün ən əsas təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur. NATO olmadan da Ukrayna ordusu müvafiq aviasiyaya, artilleriyaya, raketlərə, səmanı müttəfiqlərsiz müstəqil şəkildə qorumaq imkanına, yəni öz ayrıca aviasiyasına sahib olmalıdır.
Bütün bunlar, şübhəsiz, Ukrayna NATO üzvü olarsa reallaşar. Bu mütləq daha ucuz olacaq", - Ukrayna Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















