BDU nun gənc əməkdaşı İtaliyanın Bari Aldo Moro Universitetində tədqiqat aparacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının laborantı Günel Əliyeva “COST Action” proqramı çərçivəsində İtaliyanın Bari Aldo Moro Universitetinin professoru Vito Capriatinin rəhbərlik etdiyi laboratoriyada elmi tədqiqat aparacaq.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
O, bu proqram çərçivəsində elan olunmuş qısamüddətli elmi missiya üzrə qrant proqramının qalibi olub.
Layihənin məqsədi su və “dərin evtektik həlledici” kimi ekoloji təmiz mühitlərdə azot tərkibli heterotsiklik birləşmələrin sintezini həyata keçirmək, alınan nəticələri ənənəvi üzvi həlledicilərlə aparılan reaksiyalarla müqayisə etmək və yaşıl kimya göstəricilərinə görə qiymətləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















