Icma.az
close
up
RU
BDU nun Jurnalistika fakültəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

BDU nun Jurnalistika fakültəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Milli mətbuat tarixi” auditoriyasında görkəmli Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan söz açıb. O, bəstəkarın həm milli musiqimizin inkişafında, həm də publisistika və ictimai fikirdə qoyduğu izlərin bu gün də aktuallığını qoruduğunu deyib.

Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev Üzeyir Hacıbəylinin milli mətbuatla bağlı fəaliyyətindən bəhs edib. O bildirib ki, Üzeyir Hacıbəylinin publisistik yazıları təkcə dövrünün deyil, indiki jurnalistika mühitinin də mənəvi-estetik dəyərlərlə zənginləşməsində mühüm rol oynayıb.

Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli isə çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına toxunub və bunu dahi bəstəkarın fəaliyyətinə verilən böyük qiymət kimi dəyərləndirib.

Kafedranın dosenti Aygün Əzimova isə tələbələrin Üzeyir Hacıbəylinin irsinə marağından və onun əsərlərinin gənclərin yaradıcılıq düşüncəsinin inkişafında oynadığı roldan bəhs edib. O vurğulayıb ki, bu cür tədbirlər tələbələrin tarixi şəxsiyyətləri daha dərindən öyrənməsinə və milli dəyərlərə bağlılıq hissinin möhkəmlənməsinə şərait yaradır.

Tədbirin sonunda Üzeyir Hacıbəylinin zəngin irsi və onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr barədə geniş fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri