BDU nun tələbələri üçün Xalq yazıçısı Əzizə Cəfərzadənin ev muzeyində interaktiv dərs
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbələri üçün “1920–1991-ci illər Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində Xalq yazıçısı, ədəbiyyatşünas alim, pedaqoq, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin ev-muzeyində interaktiv dərs keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fənnin müəllimi Eşqanə Babayeva tərəfindən aparılan dərsdə tələbələrə yalnız mətnlərlə deyil, həm də ədəbi irs ilə tanış olmaq şəraiti yaradılıb.
Ədəbiyyatı təkcə nəzəri mövzularla deyil, həm də müəllifin yaratdığı və yaşadığı mühitlə birbaşa əlaqədə öyrənmək, elmi düşüncə və tənqidi təhlil bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən dərsdə tələbələr Əzizə Cəfərzadənin şəxsi əşyaları, fotoşəkilləri və əlyazmaları ilə yaxından tanış olublar. Tələbələr Əzizə Cəfərzadənin “Bakı-1501” və “Aləmdə səsim var” əsərləri haqqında təqdimatlar edib, müzakirələr aparıblar.
Sonra ədibin əsərlərinin, xüsusən də “Əzrayıl” adlı ilk hekayəsinin orijinal əlyazmasına baxış keçirilib, professorun həyatı ilə bağlı videolar izlənilib.
Sonda Əzizə Cəfərzadənin oğlu Turan Cəfərzadə müzakirələrdə fəallıq göstərən tələbələrə ədibin kitablarını hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















