Icma.az
close
up
RU
BDU qlobal akademik şəbəkəyə qoşulub Azərbaycanda CANIE yə qoşulan ilk universitetdir

BDU qlobal akademik şəbəkəyə qoşulub Azərbaycanda CANIE yə qoşulan ilk universitetdir

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsində beynəlxalq öhdəliklərini genişləndirərək Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinə (The Climate Action Network for International Educators – CANIE) qoşulub.

Bu barədə universitetin Mətbuat Xidmətindən “AzPolitika”ya daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, bu addım universitetin ekoloji məsuliyyət, qlobal çağırışlara cavab və beynəlxalq əməkdaşlıq istiqamətində strateji səylərinin mühüm göstəricisidir.

CANIE, beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qurum və mütəxəssisləri bir araya gətirən aparıcı qeyri-kommersiya şəbəkəsidir. Təşkilatın əsas məqsədi ali təhsil və akademik mobillik sektorunun iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını təşviq etmək, bu sahədə praktiki həll yollarının formalaşdırılmasına töhfə verməkdir. Sözügedən şəbəkənin QS Dayanıqlılıq Reytinqi tərəfindən tanınması qurumun ali təhsil sahəsində iqlim dəyişikliyi ilə mübarizədə artan qlobal təsirini nümayiş etdirir.

BDU-nun CANIE üzvlüyü çərçivəsində həyata keçirəcəyi əsas fəaliyyət istiqamətlərinə karbon izinin azaldılması, ekoloji təhsil və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi, yaşıl kampus strategiyalarının inkişaf etdirilməsi, eləcə də davamlı və ətraf mühitə uyğun akademik mobillik modellərinin tətbiqi daxildir.

Universitetin bu təşəbbüsü artıq uğurla icra olunan ekoloji proqramlar – xüsusən də “ECOLEAD” layihəsi və “Yaşıl Universitet” konsepsiyası ilə birbaşa uzlaşır və BDU-nun ali təhsildə dayanıqlılıq və ətraf mühitə məsuliyyətli yanaşma üzrə liderliyini daha da gücləndirir.

Məlumatda o da qeyd olunur ki, BDU sözügedən şəbəkəyə üzv olan ilk Azərbaycan ali təhsil müəssisəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri