BDU rektoru Satbayev Universitetinin rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 noyabr, AZƏRTAC
Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin İdarə Heyətinin sədri - rektoru Meiram Begentayev arasında fikir mübadiləsi aparılıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tərəflər müasir elmi prioritetlər kontekstində mühəndislik, nanotexnologiyalar, materialşünaslıq və tətbiqi elmlər istiqamətlərində birgə tədqiqatların aparılması, eləcə də hər iki universitetdə texnologiya transferi mərkəzlərinin fəaliyyətinin koordinasiyası məsələlərinə toxunublar.
2021-ci ildə imzalanmış müqavilə əsasında hazırda BDU-nun Kimya fakültəsi ilə Satbayev Universitetinin Kimya və Biotexnologiyalar İnstitutu arasında “Neft kimyası” ixtisası üzrə birgə magistratura proqramı icra olunur. Görüşdə proqramın səmərəliliyinin artırılması, yeni laborator təlim modellərinin tətbiqi və gələcəkdə doktorantura səviyyəsində ortaq proqramların yaradılması kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 Noyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















