Icma.az
close
up
RU
BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının birgə təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizovun “İşğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri” mövzusunda təlimi təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 11 667 kvadratkilometr ərazinin mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunduğunu söyləyib. O, bu çirklənmənin müxtəlif – aşağı, orta və yüksək səviyyələrdə qeydə alındığını bildirib. Vurğulayıb ki, 30 illik işğal dövründə 900-dən çox yaşayış məskəni tamamilə dağıdılıb. Vətən müharibəsindən sonrakı beş il ərzində azad edilmiş ərazilərdə 39 533 piyada əleyhinə, 22 762 tank əleyhinə mina, 168 487 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 1991–2025-ci illər ərzində ölkəmizdə mina partlayışları nəticəsində 362-si uşaq, 38-i qadın olmaqla ümumilikdə 3491 nəfər zərər çəkib.

Ramil Əzizov minatəmizləmə əməliyyatlarında istifadə olunan üsul və texnologiyalar barədə də məlumat verib. Şöbə müdirinin sözlərinə görə, ölkəmizdə minatəmizləmədə əsasən xüsusi təlim keçmiş itlər və siçovullar, eləcə də mexaniki texnikalar tətbiq olunur. Yerli istehsal imkanlarının genişlənməsi bu prosesin daha da sürətləndirilməsinə şərait yaradır. O, həmçinin BMT-nin İnkişaf Proqramı və Mina Məsləhətçi Qrupunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq qadınlardan ibarət minatəmizləmə qruplarının fəaliyyətə başladığını və bu qrupların əməliyyatlara aktiv şəkildə cəlb olunduğunu diqqətə çatdırıb.

Təlimin sonunda Ramil Əzizov mina təhlükəsi ilə mübarizənin Azərbaycanın Milli Davamlı İnkişaf Məqsədlərinin 18-ci istiqaməti kimi təqdim olunduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin beynəlxalq platformalardakı təşəbbüsləri nəticəsində mina təhlükəsinə qarşı mübarizə ayrıca milli məqsəd kimi təsbit edilib. Dünya üzrə 60-dan çox ölkənin mina təhlükəsindən əziyyət çəkdiyi nəzərə alınaraq, bu məsələnin ayrıca inkişaf məqsədi kimi müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri