Icma.az
close
up
RU
BDU və “Azera Holdinq” əməkdaşlığa başlayır

BDU və “Azera Holdinq” əməkdaşlığa başlayır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və “Azera Holdinq”in direktoru Akif Əliyev əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Ölkənin aparıcı özəl sektor təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsini hər zaman yüksək qiymətləndirən rektor Elçin Babayev bu əlaqələrin tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, tələbə və məzunların məşğulluğunun təmin olunmasına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İyirmi ilə yaxın təcrübəyə malik “Azera Holdinq” ilə əməkdaşlığın ilkin fazasında əsasən kadr hazırlığı və tələbələrin təcrübə proqramlarına cəlb olunacaqlarını söyləyən Elçin Babayev gələcəkdə birgə tədqiqat işlərinin aparılması, elmi, elmi-kütləvi, sosial tədbirlərin keçirilməsi üçün də universitetdə münbit şəraitin olduğunu diqqətə çatdırıb.

“Azera Holdinq”in direktoru Akif Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, layihələr, korporativ sosial məsuliyyət proqramları çərçivəsində tələbələrə yönəlik tədbirlər, xüsusilə də “Nazlı Ana” Fondu tərəfindən ötən il təsis olunmuş “Nazlı Ana Təqaüd Proqramı” barədə geniş məlumat verib. Ölkə üçün yüksəkixtisaslı kadr hazırlığında BDU-nun rolunun əvəzsiz olduğunu, son illər universitetdə müasir texnologiyaların geniş tətbiqini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına, tələbələrin təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcəyinə əmin olduğunu söyləyib.

Memorandumda tərəflərin müxtəlif istiqamətlər üzrə ortaq tədqiqatlar aparması, BDU tələbələrinin holdinqdə təcrübə proqramlarına cəlb olunması, tələbə və gənc tədqiqatçılar üçün mentorluq, seminar və təlim proqramlarının təşkili, startap və innovativ layihələrin dəstəklənməsi kimi məsələlər öz əksini tapıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri