BDYPİ sürücüləri xarici işıq cihazlarının sazlığına diqqət yetirməyə çağırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığına və təmizliyinə diqqət yetirməyə çağırıb.
BDYPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.
Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.
“Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















