Icma.az
close
up
RU
Bədən dili yalanı necə aşkaralayır? Bu 7 əlamətə diqqət ARAŞDIRMA

Bədən dili yalanı necə aşkaralayır? Bu 7 əlamətə diqqət ARAŞDIRMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Günümüzdə insanlar bir çox hallarda yalanı ustalıqla gizlədə bilirlər. Lakin bədən dili, davranışlar bir çox hallarda bu gizliliyi aradan qaldırır.  
Mütəxəssislər bildirirlər ki, bir insanın sözlərinə yox, bədəninin verdiyi siqnallara diqqət yetirməklə onun səmimi olub-olmadığını anlamaq mümkündür. Bəzən “inanıram” dediyimiz insanlar bədən dilləri ilə əksini deyə bilər. Son dövrlərdə aparılan müşahidələr göstərir ki, bir insanın etibarlı olub-olmadığını anlamaq üçün onun sözlərindən çox, davranışlarına diqqət yetirmək lazımdır. 


Sfera.az mütəxəssislərin fikirlərinə əsasən, yalan danışan insanların iç dünyasını və niyyətlərini üzə çıxaran 7 əlaməti təqdim edir. 

1. Göz təmasından qaçmaq:


- Daim göz təmasından qaçan insanlar, adətən bir şeyi gizlətməyə çalışırlar. Baxışlarını yayındırmaq, yalan danışma ehtimalını artırır. Qarşınızdakı şəxs gözlərini tez-tez qaçırırsa, diqqətli olun. 


2. Qarşıdurmalardan yayınmaq:

- Əgər bir insan sizinlə açıq danışmaqdan qaçır, daim telefona baxır və söhbətdən yayındırıcı amillər axtarırsa, bu, narahatedici bir siqnaldır. Bu davranış xüsusilə sonradan yaranıbsa, narahatlıq doğurur. 

3. Danışarkən uzaq durmaq:

- Normal ünsiyyət zamanı insanlar bir-birinə yaxın durmağa meyllidir. Əgər qarşınızdakı şəxs vücudu ilə sizdən uzaq dayanırsa və ya suallardan yayınırsa, bu, inamsızlıq siqnalıdır. 

4. Anormal göz qırpma:

- Göz qırpmaq normal olsa da, çox tez-tez və ya demək olar ki, heç göz qırpmamaq daxili gərginlikdən xəbər verir. 

5. Əlləri və ayaqları çarpazlamaq:

- Qol və ayaqların çarpaz vəziyyətdə saxlanması müdafiə və ya özünü qoruma instinktinin təzahürü kimi qəbul edilir. Bu da şəxsin özünü rahat hiss etmədiyinə işarədir. 

6. Əllərin həddindən artıq hərəkəti:

- Normaldan çox əl hərəkəti, insanın özünü inandırıcı göstərməyə çalışdığını və içində bir narahatlıq yaşadığını göstərə bilər. Həddindən artıq hərəkətlər insanın özünü “rol oynayırmış” kimi aparmasına səbəb ola bilər. Bu davranış bəzən yalan danışan insanlarda müşahidə olunur. 

7. Səsdə dəyişiklik və titrəmə:

- Yalan danışan insanlar bəzən səs tonlarını idarə edə bilmirlər. Səsin titrəməsi və ya kəskin dəyişməsi, iç dünyadakı gərginliyin əlaməti ola bilər. 

Ekspertlərin tövsiyəsinə əsasən, bədən dili ilə verilən bu siqnalları düzgün oxumaq, sizi mənfi münasibətlərdən və güvənilməyən insanlardan qorumağa kömək edə bilər. Hər hansı bir davranışa əsasən qərar vermədən öncə bütöv bədən dili kontekstini qiymətləndirmək isə vacibdir. 


Bəsti Rəfizadə 
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri