Icma.az
close
up
RU
Bədənində döymə olanların əsgərliyə aparılmaması ilə bağlı AÇIQLAMA

Bədənində döymə olanların əsgərliyə aparılmaması ilə bağlı AÇIQLAMA

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir.

Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır? Əgər belədirsə, bunun səbəbi nədir? Ümumiyyətlə, kimlər hərbi xidmətə yararsız hesab olunur?

“Yeni Sabah” xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli döyməsi olan şəxslərin hərbi xidmətə çağırıldığını bildirib.

Onun sözlərinə görə, lakin bəzi hallarda onların psixi durumu və sağlamlıq vəziyyəti yoxlanılır.

“Əgər hər hansı problem aşkarlanarsa, bu artıq ümumi tibbi müayinə çərçivəsində dəyərləndirilir. Əslində əvvəlki illərdə psixi sağlamlıq məsələlərinə nadir hallarda diqqət yetirilirdisə, indi bu, daha ciddi şəkildə yoxlanılır. Azərbaycanda və dünyada gənclər arasında bədənə döymə etdirmə halları artıb və bu artıq müəyyən mənada dəb halını alıb. Bir çox qoşun növlərində bu məqam nəzərə alınsa da, ümumilikdə belə bir qayda yoxdur ki, döyməsi olan şəxslər hərbi xidmətdən azad olunsun”, - ekspert vurğulayıb.

E.Həsənli əlavə edib ki, gənclər arasında maarifləndirmə işinin davamlı aparılmasına ehtiyac var:

“Xüsusilə məktəblərdə və çağırışçılar arasında bu istiqamətdə izahat və maarifləndirmə işləri aparılır və gələcəkdə də buna böyük ehtiyac var. Gənclər özlərinə ideal kimi idmançıları, futbolçuları, müğənniləri və film qəhrəmanlarını seçirlər. Xüsusilə xarici ölkələrdən olan tanınmış şəxslər və beynəlxalq yarışların qalibləri onlara təsir edir. Bu səbəbdən də gənclər onlara bənzəməyə çalışır və son dövrlərdə döymə etdirənlərin sayı artmaqdadır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq çağırışa cəlb olunmuş vətəndaşlar əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması (ambulator və ya stasionar müalicə) nəzərə alınmaqla, müayinə zamanı “mənəvi-psixoloji durumunun” qiymətləndirilməsi üçün, həmçinin bədəninin müxtəlif nahiyələrində tatuaj (döymə) və ya çapıq izləri aşkar edildikdə psixiatriya xəstəxanalarında əlavə müayinəyə cəlb edilirlər. Göndəriş və nəticələr elektron qaydada sistem üzərindən aparılır. Müayinənin nəticəsindən asılı olaraq çağırışaqədər yaş həddində olanlar barəsində qərar qəbul edilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri