Azərbaycan proseslərdən kənarda qalmamalıdır
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son günlər dünyanın bir sıra ölkələrində hökumətlərin əhaliyə ən azı 3 günlük ərzaq, içməli su və ilkin tələbat ehtiyatı yaratmaqla bağlı çağırışları diqqət çəkir. ABŞ, Yaponiya və Avropanın müxtəlif ölkələrində təhlükəsizlik hazırlığının eyni dövrdə gündəmə gəlməsi müəyyən suallar doğurur. Dövlətlər hansı təhlükəni gözləyirlər və niyə əhalini indi təşvişə salırlar?
Bu prosesə yalnız hərbi münaqişə ehtimalından yanaşmaq düzgün olmazdı. Müasir dünyada təhlükəsizlik anlayışı xeyli dəyişib. Artıq bir ölkəni ciddi böhranla üz-üzə qoymaq üçün ona hərbi müdaxilə etmək mütləq deyil. Elektrik enerjisi sistemlərinə, bank infrastrukturuna, internet şəbəkələrinə, su təchizatına və s. qarşı kiberhücumlar dövlətin normal fəaliyyətini pozur".
Newscenter.az xəbər verir ki, bunları Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. Onun sözlərinə görə, xüsusilə, Hörmüz boğazı ətrafındakı vəziyyət bu baxımdan diqqətı daha çox cəlb edir:

"Həmin ərazidən keçən sualtı beynəlxalq internet kabellərinin zədələnməsi Körfəz ölkələrində rabitə və iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Lakin bu hadisənin qlobal interneti tamamilə sıradan çıxaracağını düşünmək doğru deyil. Çünki Hörmüzdən keçən internet kabelləri beynəlxlaq şəbəkənin təxminən bir faizini təşkil edir.
Nüvə silahından istifadə ehtimalı da böhran üçün ən ciddi risklərdən biridir. Lakin 72 saatlıq ərzaq və su ehtiyatı çağırışlarını nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirmək düzgün olmazdı. Daha real yanaşma budur ki, dövlətlər müxtəlif böhran ssenarilərinə əhalini hazırlayırlar. Buraya hərbi əməliyyatlar, kiberhücum, enerji böhranı, təbii fəlakətlər və s. daxildir".
O qeyd edib ki, Böyük Britaniya hökuməti də əhaliyə 72 saatlıq ehtiyat yaratmaq çağırışını konkret hərbi təhlükə ilə deyil, ekstremal hava hadisələri, elektrik enerjisi və rabitə xidmətlərinin dayanması, eləcə də digər fövqəladə vəziyyətlərə hazırlıq zərurəti ilə izah edir:
"Bu yanaşma göstərir ki, söhbət yalnız müharibə riskindən deyil, cəmiyyətin infrastrukturunda yarana biləcək istənilən ciddi fasiləyə hazırlıqdan gedir.
Hazırda dünyanın qarşısında duran əsas məsələ müharibəyə hazırlaşmaq deyil, müharibə olmadan da baş verə biləcək böyük böhranların qarşısını almaq və onların nəticələrini minimuma endirməkdir. Bu baxımdan əhalinin məlumatlandırılması vacibdir. Lakin hökumətlərin əsas vəzifəsi cəmiyyətdə qorxu yaratmaq deyil, mümkün riskləri izah etmək və insanları fövqəladə vəziyyətlərə hazırlamaq olmalıdır.
Azərbaycan da bu proseslərdən kənarda qalmamalıdır. Ölkəmizin strateji enerji infrastrukturu, beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərindəki mövqeyi təhlükəsizlik məsələlərinə xüsusi diqqət tələb edir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan proseslərdən kənar qalmamalıdır
23 İyun 2025 15:38
Belə aktual məsələ diqqətdən kənarda qalmamalıdır
07 Noyabr 2025 09:56
“Rusiya proseslərdən kənarda qalmaq istəmir” SAMİR HÜMBƏTOV
11 Dekabr 2025 14:52
“Əliyevin Pekinə səfəri İrəvanı bəzi proseslərdən kənarda qoyub”
17 May 2025 13:25
“Azərbaycan mürəkkəb geosiyasi proseslərdən qalib çıxmağı bacarıb”
21 Fevral 2026 11:52
Baxış sayı:54
Bu xəbər 02 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















