PMD eksklüziv layihələrini AIREX 2026 da təqdim edir ®
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
“PMD Group” MMC 4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçiriləcək AIREX 2026 – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin Platinum Sponsoru kimi çıxış edəcək.

AIREX 2026 daşınmaz əmlak, şəhərsalma, memarlıq, investisiya və proptech sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, investorları, developerləri və rieltorları bir araya gətirəcək. Avropadan Asiyaya müxtəlif ölkələri təmsil edən 70-dən artıq şirkətin iştirak edəcəyi sərgiyə 20 min ziyarətçinin gəlməsi gözlənilir.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması AIREX sərgisinə xüsusi əhəmiyyət qazandırır. Sərgi şəhərlərin gələcəyi və dayanıqlı inkişaf mövzularında müzakirələrə şərait yaradacaq. PMD də layihələri və təcrübəsi ilə bu dialoqa qoşulacaq.
2013-cü ildən fəaliyyət göstərən PMD daşınmaz əmlak investisiyası, inkişafı və idarəedilməsi sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkət yaşayış, kommersiya və ictimai təyinatlı layihələr istiqamətlərində beynəlxalq standartlara uyğun layihələr həyata keçirərək şəhər mühitinin inkişafına və müasir infrastrukturun formalaşmasına töhfə verir.
PMD üçün AIREX 2026 ölkənin daşınmaz əmlak bazarının dinamik inkişafını, müasir layihələrə olan yanaşmanı və Azərbaycanın regionda artan investisiya cəlbediciliyini nümayiş etdirmək baxımından mühüm platformadır. Sərgidə vahid PMD stendində şirkətin çətiri altında tikinti, memarlıq, obyektlərin idarə edilməsi və logistika istiqamətlərində fəaliyyət göstərən PMD Projects, Design Bureau, Facility Management Group (FMG) və Grand Logistics Center şirkətləri də təmsil olunacaq.
Sərgi günlərində PMD stendində şirkətin layihələrinə həsr olunmuş görüşlər və panel müzakirələri keçiriləcək. Chapman Taylor, Design International və Sectorlight kimi geniş beynəlxalq təcrübəyə malik şirkətlərin nümayəndələrinin də qatılacağı bu görüşlər peşəkar baxışların paylaşılması və təcrübə mübadiləsi üçün imkan yaradacaq. Ziyarətçilər Bilgah Sunset Villas Collection, Bahar Residence və Botanica Residence daxil olmaqla yeni layihələrlə tanış ola, maketlər və vizual təqdimatlar vasitəsilə onların memarlıq konsepsiyası və təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat əldə edə biləcəklər.
PMD AIREX 2026-da iştirakı ilə ölkənin daşınmaz əmlak bazarının inkişafını və layihələrə müasir yanaşmalarını nümayiş etdirməyi, sektorda dialoqu genişləndirməyi və yeni əməkdaşlıqların qurulmasına töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Noyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















