Icma.az
close
up
RU
Bədheybəti qapınıza gətirməyin 15 saniyəlik video ilə qərar

Bədheybəti qapınıza gətirməyin 15 saniyəlik video ilə qərar

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bəzi insanları tanımadan, bilmədən, düşdüyü uyğun olmayan situasiyaya görə qiymətləndiririk. Heç gedib soruşmuruq ki, ay kişi, nədir, nə məsələdir, bu nə işdir? Möhürü vurulur, qovluğu bağlanmış işlər rəfinə qoyulur. Gedib açıb oxumaq istəyən, işi yenidən araşdırmaq istəyən olsa belə, özünü oda-alova atmaqdan çəkinir. Kobud səslənsə də, üyüdür də deyə bilərik. Çox dəqiq təsbitdi - Adın çıxınca, canın çıxsın.

Məsələn, indi kiminsə 15 saniyəlik videosunu paylaşıb sonuna da “diri ritdi ritdi rid” musiqisi verilir, vəssalam, “game over”, “adə cəllad, vur başını” qurtardı! İndi hünərin var, denən “vallah, elə deyil, belədir”... Adın çıxıb e. Daha sən ciddi adam deyilsən. Boş-boş çərənləyirsən. 

Bir serialda deyilirdi ki, filan balıqçının qayığı ilə çayın ortasına getdinsə, deməli, onunla “düüüt” mövzusunda adın çıxıb. Bunu eşidən şəxs əsəbiləşir və deyir: ola bilməz, mən gedəcəyəm, sübut edəcəyəm ki, bu yanlışdır.

Elə də edir.

Balıqçı ilə yola çıxır, qayıqda çayın ortasında söhbət edəndə “nə oldu bəs, gedib deyəcəyəm ki, elə şey olmadı” söyləyir. Balıqçının cavabı isə öldürücü olur: sənin sözlərinin heç bir faydası olmayacaq, hamı eşitdiyi hekayəyə əsasən nəticə çıxacaq. 

Keçən dəfə təlimdə maraqlı bir eksperiment keçirtdik. 3 nəfərə eyni söz deyilir, həmin söz haqqında düşünəndə ağlımıza nə gəlir, onları bir vərəqə yazırıq. Elə bilirdik ki, ən azında 3-4 yerdə eyni fikirdə olacağıq. Məsələn, xoşbəxtlik deyəndə hamının ağlına pul gələcək. Nəticələr isə tamam fərqli oldu. Hətta 2 fərqli söz üzərində təcrübə apardıq, cəmi bir dəfə fikirlərimiz üst-üstə düşdü. 

Bu onu göstərir ki, hər hadisəyə, çıxışa, sözə, mövzuya insanlar öz qabına, tutumuna görə yanaşır. Qabımızı nə qədər doldurmuşuqsa - pis, yaxud yaxşı – ona uyğun şəkildə qavrayacağıq. 

Sonuncu dəfə özümüzü kiminsə yerinə qoymaq haqqında düşünmüşükmü? Çətindir, bilirsiniz niyə? Ən sadə bəhanə: niyə özümüzü yoraq ki, niyə özümüzü yükləyək ki?! Belə-belə, hər şeyin başın buraxaq, onun üstündən xətt, bunun üstündən vampiri qorxudan krest qoyaq, sonda baxaq ki, bahooo, ətrafında heç kim yoxdur, evdə təksən və qapı döyülür:

- Kimdir?
- Sən daha yaxşı bilirsən?
- Oyun oynama, de görüm kimsən?
- Oyun oynayan sənsən. Aç görəcəksən...

Və budur, qapı açılır, sanki qara paltara bükülmüş və özü boyda, yalnız iki gözü olan adam kimi görünən, topa qapqara varlıq. Bir anda o varlıq sürətlə toz, bulud, qasırğa kimi sinəndən içinə daxil olur. Sənin gözlərinin rəngi dəyişir və olursan qaramat mutant – heç kimi sevməyən, sevilməyən, hissiz, depressiv və s. və i. bir bədheybət. Yaxud da əskinə, gecələr insan ovuna çıxan, kimi harada tutdun yeyən bir xoxan. Sözlərinlə, davranışlarınla...

Qara nöqtəni bədheybətə çevirməyək.

Hələ ki gec deyil, baxışları dəyişmək olar. Əslində, yaxınlaşıb söhbət etsək, səni ayağa qaldıracaq, söhbəti bihuş edəcək, ünsiyyət qurduqda səni yaxşı mənada sərxoş edəcək o qədər insanları səhv tanımışıq ki...

Samir Mirzə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri