Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü: Uğurumuz digər idmançılara da stimul olacaq
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlk dəfədir ki, qrup hərəkətləri komandamız Universiadada çıxış edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Elnara Hüseynova Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında qızıl medal qazanmaları barədə danışarkən deyib.
O,nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Bu, komandamız üçün ilk idi”.
Qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə tarixi nəticələri qazanmağı çox sevdiklərini söyləyib: “Avqustun sonunda dünya çempionatı keçiriləcək. Universiada mundiala hazırlıq prosesidir. İlk medalımızı qazandığımız üçün çox xoşbəxtik. Tarixi nəticələr qazanmağı çox sevirik. Bu artıq bizim üçün ənənəyə çevrilib. İnanıram ki, bu uğurumuz digər idmançılara da stimul olacaq. Sabah iki finalda çıxış edəcəyik. Ümid edirəm ki, səhvsiz başa vuracağıq”.
Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 19 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















