BƏƏ Livan hökumətinin “Hizbullah”la bağlı qərarını alqışlayır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Livan hökumətinin “Hizbullah” hərəkatının hərbi fəaliyyətini qadağan etmək qərarını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan bunu Livanın Baş naziri Navaf Salamla telefon danışığında deyib. Nazirliyin sosial media hesabında dərc olunmuş bəyanatda vurğulanır ki, “Bu addım mülki əhalinin layiq olduğu təhlükəsizliyi və rifahı bərpa etmək üçün fürsətdir, həmçinin gərginliyin azaldılmasına və diplomatik dialoq kanallarının açılmasına töhfə verir”.
Qeyd edək ki, bir müddət öncə Livan hökuməti “Hizbullah” hərəkatının təhlükəsizlik və hərbi sahələrdəki bütün fəaliyyətini qanunsuz elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Mart 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















