Icma.az
close
up
RU
Bəhruz Məhərrəmov: AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini demək üçün xeyli əsaslar mövcuddur

Bəhruz Məhərrəmov: AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini demək üçün xeyli əsaslar mövcuddur

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Əli Kərimli barəsində aparılan araşdırma və onun yaşadığı mənzildə axtarış aparılması hazırlanması və törədilməsi ehtimal edilən dövlət hakimiyyəti əleyhinə cinayətlərin qarşısının alınması, yaxud aşkar edilməsi, açılması məqsədi ilə həyata keçirilib. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə müvafiq olaraq, hər hansı şəxsin siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz, o cümlədən də Əli Kərimli özü barəsində qapıldığı eyforiyaya rəğmən heç kimdən artıq deyil. Əksinə, çoxsaylı təkzibedilməz sübutlar tam fərqli mənzərə meydana çıxarır".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

"Bildiyiniz kimi, barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilmiş Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur. İlkin araşdırmalar və proseslərin təhlili bu prosesdə ona xaricdən dəstəyin və daxildə bu xəyanətə yardım edən subyektlərin müəyyən edilməsini milli təhlükəsizlik baxımından zərurətə çevirir.

Əgər ötən dövrün təcrübəsinə diqqət etsək, AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini, bu partiyanın Mehdiyevin önəmini gündəmdə saxlamaq üçün alət kimi istifadə olunduğunu demək üçün xeyli əsaslar mövcuddur. Məsələn, 2003-cü ildə hakimiyyət xülyası yarımçıq qalan Mehdiyev fəaliyyətinin bütün sonrakı periodunda AXC ünsürlərini meydanlara çıxarmaq və sonra onların aksiyalarını "zərərsizləşdirməklə" hakimiyyətin qorunmasında özünün əvəzsiz rolunun olması barədə siyasi mif yaratmağa çalışıb. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının ardınca isə AXCP-nin meydan fəallığı sıfıra enib.

Bu gün əminliklə demək mümkündür ki, ən azı ötən 22 ildə Mehdiyev və AXC vahid tandem kimi çalışıb. Təbii ki, hakimiyyət hərisliyinin əsirinə çevrilən Mehdiyevin iqtidara gəlişi mahiyyətcə əslində hakimiyyətin milli iradədən alınaraq xarici dövlətin nəzarətinə verilməsi demək idi. Sirr deyil ki, Mehdiyevin əsas güvənc yeri Rusiya xüsusi xidmət orqanları olub. Eyni zamanda AXC özü də zamanında məhz Qorbaçov yenidənqurmasının imitasiyası kimi Rusiya xüsusi xidmət orqanlarının sələfləri tərəfindən yaradılıb. Heç şübhəsiz ki, bu amil hər iki tərəfi bir-birinə yaxınlaşdırıb.

Təsadüfi deyil ki, məhz Mehdiyevin xeyir-duası ilə Azərbaycanda radikal ünsürlər AXCP ətrafında Milli Şura adı altında birləşdirilməyə cəhd edildi. Habelə qısa müddət öncə Mehdiyevin çevriliş planının perspektiv inkişaf hissəsi kimi Milli Şura yaradılacağına dair sənədin yayımlanması Şura təfəkkürünün vahid qaynağı barədə ehtimalları reallığa sürükləyir.

Bir sözlə, uzun illər ərzində Mehdiyevin "beşinci kolonla" "mübarizəsi", AXCP-nin isə Rusiyanın ünvanına "barışmaz" mövqeyi reallıqların pərdələnməsinə hesablanmışdı. Təsadüfi deyil ki, şimal qonşumuzun zaman-zaman bərabər hüquqlu əməkdaşlıq niyyətlərindən kənara çıxan cəhdlərinə Bakıdan layiqli cavab verildikcə AXCP ünsürləri daha da radikallaşır, daxildə təzyiq mühiti yaradaraq situasiyanı Azərbaycan əleyhinə çevirməyə cəhd edirdilər. Vətən müharibəsi və antiterror tədbirləri dövründə, habelə postmüharibə reallığında AXCP birmənalı şəkildə siyasi fəaliyyətlə yox, milli mənafelər əleyhinə, daha dəqiq desək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə fəaliyyətlə məşğul olması da bunun bariz nümunəsidir.

Habelə, Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP ünsürlərinin və onların nəzarətindəki söyüş müxalifəti və sosial media trollarının diqqəti bir zamanlar Mehdiyevlə rəsmi işgüzar münasibətdə olmuş və hazırda vəzifədə olan digər şəxslərə yönəltməsi Mehdiyev-AXC "əməkdaşlığı"nın bariz nümunəsi hesab edilə bilər. Görünən odur ki, Əli Kərimli başda olmaqla radikallar Mehdiyevlə bərabər batacaqlarını yaxşı dərk edərək bu kimi qarışdırıcı fəaliyyətə baş vurmuşdular".

Deputat hesab edir ki, AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi:

"Aydındır ki, yeni reallıqda məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan qələbələri ilə tam müstəqil hərbi-siyasi güc kimi özünü təsdiq edib. Heç şübhəsiz ki, Cənubi Qafqazda maraqların bərabər əsaslarla təmin edilməsini istəməyən qüvvələr üçün bu, arzuolunmaz status-kvo olduğu üçün əks həmlə qaçılmaz idi. Bu mənada, həmin güclərin Azərbaycandakı uzantıları qismində Mehdiyev və onun "partkomu" Kərimlinin, habelə bütövlükdə AXCP-nin fəaliyyətinin köklü araşdırılması son dərəcə zəruri idi.

Digər bir məsələ, uzun müddətdir ki, cəmiyyətdə haqlı olaraq sual yaranırdı ki, Əli Kərimli özünün heç bir real gəliri olmamasına baxmayaraq, "ictimai əsaslar" pərdəsi altında cangüdənlər və sosial media terroru üçün muzdlu trol ordusunu hansı vəsait hesabına saxlayıb? Hər kəs əmin ola bilər ki, cari istintaqın hətta ilkin nəticələri bu sualın cavabını artıqlaması ilə verə biləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri