Icma.az
close
up
RU
Belçika azərbaycanlıları birliyi gücləndirmək məqsədilə həyata keçirilən layihələr barədə məlumatlandırılıb

Belçika azərbaycanlıları birliyi gücləndirmək məqsədilə həyata keçirilən layihələr barədə məlumatlandırılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belçikadakı Azərbaycan icması ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyində təşkil olunan görüş Dövlət Himnimizin səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinin yad olunması ilə başlayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapır”, – bu sözləri komitə sədri çıxışında səsləndirib. O, xaricdəki azərbaycanlıların ölkəmizin tarixi Qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib.

Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov icma görüşünü müsbət qiymətləndirib, soydaşlarımızın diaspor fəaliyyətini təqdir etdiyini dilə gətirib.

“Fireland” Azərbaycanlılar Birliyinin, BAF – Belçika Azərbaycanlıları Federasiyasının, “MADANİ – Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının, “Radio Octo” radiosunun, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha güclü, daha məhsuldar və daha effektiv birlik mühiti yaratdıqlarını nəzərə çatdırıb, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər.

Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Tədbirdə, həmçinin Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru seçilib.

Bədii hissədə azərbaycanlı uşaq və gənclərin ifasında təqdim olunan milli musiqilər, milli rəqslər sürəkli alqışlarla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri