Belçikada fermerlər Fransa və Hollandiya ilə əsas yolları bağladı
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Belçikanın Vallon Bölgəsində fermerlər birliklərinin çağırışı ilə yüzlərlə fermer ölkənin əsas yollarında etiraz aksiyaları təşkil etməyə başlayıb.
Metbuat.az xəbər verir ki, fermerlər Avropa Birliyi ilə Cənub Ortaq Bazar arasında imzalanması planlaşdırılan azad ticarət müqaviləsinə etiraz ediblər. Fermerlər traktorları ilə ölkəni Fransa və Hollandiya ilə birləşdirən bəzi əsas yolları bağlayıb. Belçikalı fermerlər Avropa Birliyinin Argentina, Braziliya, Paraqvay və Uruqvayın da üzv olduğu Cənub Ortaq Bazar ilə bağlamağı planlaşdırdığı və ət məhsullarının da daxil olduğu azad ticarət sazişini əngəlləmək istəyirlər. Müqavilə bağlanarsa Avropa İttifaqı Cənub Ortaq Bazar ölkələrindən kənd təsərrüfatı məhsulları və ət idxalı edəcək.
Baxış sayı:99
Bu xəbər 05 Dekabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















